Accessibility links

Gücləndirilmiş polis dəstələri Amerika səfirliyinin binasını qoruyur [Video]


Amerika səfirlyinin qarşısında polis keşik çəkir
please wait

No media source currently available

0:00 0:01:16 0:00

Amerika səfirlyinin qarşısında polis keşik çəkir

Dindarların səfirliyin qarşısında etiraz edəcəkləri ilə bağlı məlumat yayılsa da aksiya olmayıb

Sentyabrın 21-də günorta saatlarından gücləndirilmiş polis dəstələri dindarların gözlənilən etiraz aksiyası ilə bağlı ABŞ-ın Bakıdakı səfirliyinin binasını əhatəyə alıb.
Belə ki, səfirliyin Facebook-dakı səhifəsində dindarların günorta saatlarında diplomatik korpusun binası qarşısında etiraz aksiyası keçirəcəyi ilə bağlı məlumat yerləşdirilib.
Dindarların aksiyası “Müsəlmanların məsumiyyəti” filminin nümayişi ilə bağlı etiraz dalğasının davamıdır.

Polis Amerika səfirliyini qoruyur
Polis Amerika səfirliyini qoruyur
Lakin, dindarlar etiraz aksiyası keçirməyə cəhd etməyib. Sadəcə saat 16 radələrində bir neçə dindar qrup şəklində səfirliyə doğru gəlmək istəyib və polisin onlara yaxınlaşması ilə ərazini tərk edib. Bir qədər sonra yenidən dindarlar iki və üç nəfərlik qrup halında səfirliyin qarşısından keçsə də etiraza cəhd olmayıb. Nəhayətdə iki dindar jurnalistlərə deyib ki, etiraz aksiyası şənbə günü olacaq. Şənbə günü isə səfirlik işləmir.
Bununla yanaşı sentyabrın 21-də Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzi (DEVAMM) islam dünyasını təhqir edən “Müsəlmanların məsumiyyəti” filminə etiraz olaraq konfrans keçirib.

Qurumun rəhbəri İlqar İbrahimoğlu filmi təkcə bir peyğəmbərin yox, yer-göy və bütün varlıqlar xatirinə yaradılan, allahın aləmlərə rəhmət göndərdiyi şəxsin təhqir olunması kimi dəyərləndirib. Bu konfransın bütün islam dünyasında bu filmə etiraz olan cümə etirazının tərkib hissəsi olduğunu deyib.

“Bu terrordur, qansız olan mənəvi terrordur, milyardlarla insanın heysiyyatı ilə oynayan terrordur” deyən İ.İbrahimoğlu filmin mahiyyətinə toxunub. Onun fikrincə, islama və islam peyğəmbərinə təhqir islami düşüncənin artması ilə əlaqəlidir. Belə ki, 2050-ci illərdə müsəlmanlarla münasibətin dünyanın prioritet məsələsinə dönəcəyi vurğulanıb.

Tədbir zamanı islama qarşı hücumların təxribat olduğu vurğulanıb və bunun kökündə müsəlmanları dini müdafiə etməməyə alışdırmaq siyasətinin durduğu qeyd edilib.

Bu təhqirin Azərbaycan xalqına da aid olduğu deyilərək, bir tərəfdən bu xalqın müsəlman olması, digər tərəfdən dövlət bayrağındakı rənglərdən birinin islami yaşıl olması yada salınıb. Eyni zamanda xristian və yəhudi dindarlar bu təhqirlərə cavab verməyə çağırılıb.
Son olaraq konfrans iştirakçıları milyardlarla insanın heysiyyatını təhqirə məruz qoyan filmin yaradıcılarının cəzalandırılmasını tələb edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG