Accessibility links

ABŞ-da doğum səviyyəsi son 30 ildə ən aşağı həddə düşüb


Ötən il Birləşmiş Ştatlarda doğum səviyyəsi son 30 ildə ən aşağı həddə düşüb. Bunu hökumət statistikası üzə çıxarıb.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) mayın 15-də bildirdiyinə görə, 2018-ci ildə ölkədə 3 milyon 788 min 235 doğum qeydə alınıb və bu, 2017-ci ildən 2 faiz azdır.

Artıq dördüncü ildir doğum səviyyəsi azalır və bu, 1986-cı ildən bəri ən aşağı göstərici sayılır.

CDC son 11 iliyin 10-u ərzində doğum səviyyəsinin azaldığını vurğulayır.

Ötən il ölkədə hər qadına 1,7 doğum düşüb. Ekspertlər deyirlər ki, əhalinin immiqrasiya olmadan özünü əvəzləyə bilməsindən ötrü hər qadına 2,1 doğum olmalıdır.

Brookings İnstitutunun demoqrafı Uilliam Fri “AFP”yə deyib ki, sürətli azalma qismən 2008-ci ildə başlamış iqtisadi yavaşıma ilə əlaqədardır.

ABŞ-ın doğum göstəricisi Yaponiya, İtaliya və Almaniyadan yüksək olsa da, Fransada hər qadına 1,88 doğumdan aşağıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG