Accessibility links

ABŞ dövlət katibi Hillari Klinton 7 ölkəyə 9 günlük səfərə çıxıb


Görüşlərdə regiondakı vəziyyət, strateji tərəfdaşlıq, Dağlıq Qarabağ münaqişəsi, enerji əməkdaşlığı müzakirə ediləcək.

ABŞ dövlət katibi Hillari Klinton 7 ölkəyə 9 günlük səfərə çıxıb.İlk dayanacağı Kopenhagendə xanım Klinton Danimarka rəsmiləri ilə yaşıl texnologiyanın inkişafı məsələsini müzakirə edəcək. O, iyun ayının 1-i Norveçdə, 3-ü isə İsveçdə olacaq.
Daha sonra dövlət katibi Qafqaz respublikalarında demokratiya, iqtisadi inkişaf və regional təhlükəsizlik məsələlərini müzakirə edəcək.
Amerika dövlət katibi Hillari Klinton regiona səfəri çərçivəsində iyunun 6-da Azərbaycana səfər edəcək.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev bu gün keçirdiyi brifinqdə bildirib ki, dövlət katibinin Azərbaycan Prezidenti İlham Əliyev və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri planlaşdırılır. “Dövlət katibi ilə regiondakı vəziyyət, strateji tərəfdaşlıq məsələləri, Dağlıq Qarabağ münaqişəsi, habelə enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək”, - deyə o qeyd edib.

XS
SM
MD
LG