ABŞ dövlət katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə müavini Tomas Melianın Azərbaycana səfəri başlayıb. O bu gün AXCP sədri Əli Kərimli, Müsavat Partiyasının başqanı İsa Qəmbər, Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və Respublikaçı Alternativ Hərəkatının (RAH) həmsədri İlqar Məmmədovla ölkədə insan azadlıqları sahəsindəki mövcud durumla bağlı müzakirələr aparıb.
AXCP-dən Amerikanın Səsi radiosuna bildiriblər ki, görüşdə fundamental azadlıqlar, o cümlədən toplaşmaq, mətbuata azadlığı, müxalifətin son aksiyalarından sonrakı həbslər, demokratikləşmə məsələləri və ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb.
Cənab Melianın səfəri iyunun 17-dək davam edəcək. O dövlət rəsmiləri və qeyri hökumət təşkilatlarının təmsilçiləri ilə görüşlər keçirəcək.