Accessibility links

7 Sentyabr - ABŞ-da Əmək bayramı


ABŞ-da sentyabrın 7-i Əmək bayramıdır. Zəhmətkeşlərin şərəfinə təsis edilən bu bayram həm də yay fəslinin bitməsinin qeyri-rəsmi rəmzidir.

1894-cü ildən bəri sentyabr ayının ilk bazar ertəsi günləri keçirilən bayram həmkarlar ittifaqlarının tələbi ilə təsis edilib.

Həmkarlar ittifaqları iş həftəsinin 5 günə endirilməsi, işçilərin sağlamlıq sığortası və ödənişli məzuniyyətlə təmin edilməsinə nail olub.

Bayram necə başladı?

1800-ci illər Amerikada Sənaye İnqilabı zirvə nöqtəsində çatmışdı. İnsanlar 7 gün aşağı maaşla gündə 12 saat çalışırdı. Hətta uşaqlar belə işləməyə məcbur idi. İşçilərə nə məzuniyyət, nə xəstəlik günləri, nə də sağlamlıq sığortası verilirdi.

İşçilərin təhlükəli iş şəratitinə etiraz olaraq təşkilatlandırılımış nümayişlərə çıxması ilə ştat hökumətləri işçilərin şərəfinə qanunvericilik qəbul edir.

Konqres 1894-cü ilin iyun ayının 28-də qərar qəbul edərək, sentyabr ayının birinci bazar ertəsini federa bayram edilan edir.

Əmək və May bayramlarının fərqi nədədir?

Hər iki bayram işçilərin şərəfinə təsis edilib. May bayramı Amerikada baş verənlərin təsiri ilə dünyanın sənayeləşmiş ölkələrində qeyd edilməyə başlayıb.

1886-cı ilin may ayında Çikaqonun Heymarket Meydanında iş saatlarının 8-ə endirilməsi tələbi ilə keçiriən nümayiş zamanı partladılan bomba 7 polis zabiti və 4 mülki vətəndaşın ölümünə səbəb olur. Bu hadisə dünyanın diqqətini cəlb edərək, dünya boyu illik etiraz aksiyalarına start verir.

Niyə amerikalılar May bayramını qeyd etmir?

Heymarket hadisəsindən sonra Həmkarlar İttifaqı əleyhinə olanlar baş qaldırmağa başlayır. İllər boyunca Əmək bayramı solçu siyasəti kimi dəyərlənirilidi.

Əmək bayramı isə ştatlar və bələdiyyələrin dəstəyini əldə edirdi.

Amerikada zəhmətkeşlər bayramının yaradılmasına dair ciddi götür-qoylar baladıqda prezident Qrover Klivlend May bayramını Heymarket hadisələri ilə əlaqələndirirək, buna alternativ olaraq sentyabr ayını seçir.

Amerikalılar Əmək bayramı gününü nücə keçirir?

Əmək günü yay mövsümünün bitməsi hesab edilir. 3 günlük tətilləri bir çoxları parklar, çimərliklər və ya evlərində dost və ailə arasında yığıncaqlar keçirməklə qeyd edir.

Bu həftə sonu həm də alış-veriş günləri kimi də nəzərdə tutulur. Belə ki, bayram günləri ev əşyaları, döşəklər, geyim və məktəb ləvazımalarının böyük endirilmələrlə satışa çıxarıldığı bir vaxtdır.

Amerikada hər kəsmi bayram tətilinə çıxır?

Federal işçilər bayram tətilində olur. Lakin pərakəndə satış, restoran işçiləri işə çıxmalı və çox hallarda adi biznes günündən fərqli olaraq uzun saatlar çalışmalı olur.

Əmək hərəkatı bu gün

1800-ci illərin əmək hərəkatı amerikalıların iş şəraitlərinə əhəmiyyətli təsir bağışlayıb.

Bu gün işçilər həftədə 5 gün 8 saatlıq iş cədvəi və sağlamlıq sığrtaları, habelə ödənişli məzuniyyətlərlə təmin edilir.

Son illər dünya iqtisadiyyatının qloballaşması ilə Həmkarlar İttifaqlarının üzvlərinin sayı azalır. Hazırda bir çoxları 100 illər əvvəl olduğu kimi qara işlər deyil, yerli, ştat və federal ağ işlərdə çalışır.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG