Accessibility links

"Amerika ən pis vəziyyətə hazır olmalıdır"


ABŞ-ın yüksək səviyyəli rəsmisi çərşənbə axşamı bildirib ki, əgər Şimali Koreyanın nüvə və raket proqramları ətrafında məsələ diplomatik yolla həll olunmadığı təqdirdə Amerika ən pis vəziyyət üçün hazır olmalıdır.

Bu açıqlamaları ABŞ dövlət katibinin müavini Con J. Sallivan Tokioda yaponiyalı həmkarı ilə Şimali Koreyaya dair birgə səylərin müzakirəsindən sonra jurnalistlərlə söhbəti zamanı verib.

“Prezident Trampı təmsil edərək Dövlət Departamentində bizim əsas məqsədimiz Şimai Koreyanın nüvə silahı və ballistik raket proqramı problemini ndanışıqlar yolu ilə həll edilməsindən ibarətdir. Bununla belə, əgər danışıqlar fayda verməzsə müttəfiqlərimiz olan Yaponiya, Cənubi Koreya və digər ölkələrlə birlikdə biz ən pis vəziyyətə hazır olmalıyıq”, deyə Con J. Sallivan bildirib.

Sullivan çərşənbə günü Cənubi Koreya və Yaponiyadan olan həmkarları ilə üçtərəfli danışıqlar məqsədilə Cənubi Koreyaya səfər edəcək.

XS
SM
MD
LG