Accessibility links

Küçələrdə yaşayanlara yardım edən təşkilat [Video]


Küçələrdə yaşayanlara yardım edən təşkilat
please wait

No media source currently available

0:00 0:02:01 0:00

BMT-Habitat təşkilatının hesabatına əsasən dünya boyu 1.6 milyard insanın sığınacağı yoxdur. Hesablamalara görə, 2017-ci ildə Birləşmiş Ştatlarda 554 minə yaxın evsiz, küçələrdə yaşayan insan olub və onların sayı artmaqdadır. Amerika bu evsizlər problemini həll etməyə çalışdığı bir vaxt, Virciniya ştatının şimalındakı qeyri-hökumət təşkilatı buradakı evsizlərə yardım etməyə çalışır. Evsizlərin sayını azaltmağa çalışan bu təşkilat onların sığınacaq, ərzaq və digər ehtiyaclarını təmin edir.

Riçard bu meşəliyə gələndə keçmişi yadına düşür. “Görürsünüz, bu mənim çadırım idi” deyə, o bildirir.

İşini itirdikdən sonra Riçard burada iki il yaşayıb. “Beləliklə, mən evimdən çıxmalı oldum, sonra başqa şeylər oldu və mən burada yaşamalı oldum.”

Lakin Riçardın hekayəsi yaxşı sonluqla başa çatıb, o, ev və işlə təmin edilib. Hazırda o, imkansız və evsizlərə yardım edən qeyri-hökumət "StreetLight" təşkilatında işləyir.

Evsiz-eşiksiz qalmağa çox amillər səbəb ola bilər, lakin əsas amil əlverişli evin olmamasıdır. “StreetLight” təşkilatından Roz Povers: “Bizim yardım etməyə çalışdığımız küçələrdə qalan insanların çoxu iş qabiliyyətinə malik insanlardır, lakin kifayət qədər maaşı olan iş tapmaq üçün onların ya təhsili ya da iş təcrübəsi yoxdur.”

Franki adlı qadın “Mən ev kirayəsi üçün kifayət qədər pul qazanmıram” deyir. Franki özünün iki iti ilə hələ də meşədə yaşayır.

“StreetLight” ev kirələməyə imkanı olmayan insanlara yardım edir. Təşkilt 6 mənzili və 3 evi bu insanların sığınacağı üçün kirələyib. Vaxtilə meşədə 4 il yaşayan Larri öz evini digər 3 nəfərlə bölüşür.

“StreetLight” təşkilatı evsizlərin müvəqqəti sığınacaq və digər yardımlarla təmin edilməsi üçün ştatın hökuməti ilə də işləyir. Bu, hökumət və qeyri-hökumət təşkilatlarının əlaqələrini möhkəmləndirir. Villiam mahalı "Sosial Xidmətlər Departamentindən Toni Turnec: “Əgər biz ucuz qiymətə mənzil layihələri və daimi mənzilləşdirmə proqramları həyata keçirə bilsək, bu problemin qarşısını almq istiqamətində ciddi nailiyyətlər əldə edə bilərik."

“StreetLight” ianə ediləcək torpaq sahələrinin onun nəzərdə tutduğu plana yardım edəcəyinə ümid bəsləyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya qoşunları Ukraynanın şərqində yeni hücuma başlayıb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG