Accessibility links

ABŞ-da son on il ərzində ilk dəfə sələm faizləri qaldırılıb


ABŞ-ın Mərkəzi Bankı son on il ərzində ilk dəfə sələm faizlərini qaldırıb. Beləliklə amerikalı istehlakçılar və bizneslərin borc xərcləri artmış olacaq.

Federal Ehtiyatlar faizləri 0.25 faiz artıraraq, gələn il ərzində faizlərin daha da yüksələcəyini bəyan edib. Lakin bank ABŞ iqtisadiyyatının durumu monitorinq edilərək, sələm faizlərinin artırılması prosesinin tədricən həyata keçiriləcəyini bildirib.

Faizlərin artımı gözlənilməz olmayıb. Təhlilçilər artıq bir neçə həftə idi ki, Federal Ehtiyatların ölkədə qitisadi artma görə sələm faizlərini artıracağını proqnozlaşdırırdı.

ABŞ-da son bir ay ərzində 200 min yeni iş yeri açılıb.

Mərkəzi Bankın qərarı dünya birjalarında səhmlərin dəyərlərinin artmasına yol açıb.

XS
SM
MD
LG