Accessibility links

Floridada avtomobil qəzası


ABŞ polisinin bildirdiyinə görə, cümə axşamı Florida ştatının magistral yolunda iki yük treyleri və iki avtomibilin toqquşaraq yanması nəticəsində azı 7 nəfər ölüb.

Yerli media Geynsvill yaxınlığındakı 75-ci magistral yolda baş verən qəza zamanı yaralanan 8 nəfərin xəstəxanaya aparıldığını bildirib.

Florida Magistral Yolu Patrulu İdarəsinin sözçüsü “The Associated Press” xəbər agentliyinə əsas prioritetin qəzanın səbəblərini araşdırmaq və ölənlərin kimliyini müəyyən etmək olduğunu deyib.

Qəza səbəbindən magistral yolun hər iki istiqaməti qismən bir neçə saatlıq bağlandığı üçün böyük tıxac yaranıb.

XS
SM
MD
LG