Amerikanın ən təhlükəli məhəllələrinə gedərək, orada yaşayan insanların həyatından bəhs edən bir qrup videoqraf var. Belə qorxulu məhəllələr Çikaqoda, Los-Ancelesdə, hətta Texasın Forth-Worth şəhərlərindəki məhəllələrdir. Şon Katton bu mövzuda sənədli film çəkənlərdən biridir.
Şon Katton Texasın Fort Worth şəhərində “30-Riç” adlı repperdən müsahibə alır. Katton bu repperin yaşadığı məhəllənin qanqsretlərin nəzarət etdiyi çox təhlkəli məhəllə olduğunu bilir. “Fort Worth 90-cı illəri, buranın “Bloods” və “Crips” kimi qanqster qruplarının nəzarətində olduğu illəri xatırladır” - deyə, Şon Katton bildirir.
Şon Katton əsl adı Veyn Volker olan “30 Riç”lə görüşəndə ona istədiyi sualları verməkdən qorxmurdu. O, “Bura “Krip” məhəlləsidir?” sualını verəndə məhəllənin gəncləri etiraz edir.
Başqa videoqrafların gedə bilmədiyi belə məhəllələrə gedərək, müxtəlif insanlardan müsahibə alması Şon Kattonun “Say Cheese” televiziya biznesinin nailiyyətinin əsasında durur. Lakin bu, çox risklidir. “Mən buna nifrət edirəm, lakin bəzən özümlə götürməli oluram. Mənim silah daşımağa icazəm var. Zək öldürülənə qədər mən silah gəzdirmirdim.”
Zak özünün YouTube səhifəsində Çikaqo küçələrindəki qaradərililərin həyatından danışaraq məşhurlaşan Zak Stoner idi. O, keçən ilin may ayında küçədə güllə ilə vurulub öldürülüb və bu cinatəyin üstü hələ də açılmayıb. Şon Katton deyir ki, Zəkın qətli bu işin nə qədər təhlükəli olduğunu bir d aha təsdiq etdi. “Mən bu jileti təhlükəsizlik baxımından geyinirəm. Zak qətlə yetirildikdən sonra mən yoxsul məhəllələrə müsahibələr apararkən özümü qorumaq qərarına gəldim.”
Lakin yerli sakinlər deyir ki, Zakın toxunduğu məsələlərin həqiqətən də deyilməsinə ehtiyac var idi. İcma üzvü Rodni Filips: “Çikaqo elə bir insanı itirdi ki, o, Çikaqonun küçə mədəniyyətini, Çikaqonun məhəllələrində hər gün baş verən reallıqla mübarizəni gündəmə gətirən bir insan idi.”
Şon Katton özü də gördüyü işə görə ölümlə təhdid edilib. Tənqidçilər deyir ki, onun gördüyü iş Zakın ölümünə səbəb olan zorakılıqları artıra bilər. Lakin Şon müsahibələr keçirdiyi bəzi gənc repçilərin sonradan məşhurlaşdığının şahidi olub. O deyir ki, onun videoları həyatın aparıcı mediada heç vaxt işıqlandırılmayan tərəflərini nümayiş etdirir.
Şon Kattonun YouTube səhifəsinin 400 mindən çox abunəçisi var.