Accessibility links

Baharın gəlməsinə baxmayaraq Amerikada çovğunlar və daşqınlar davam edir


Baharın gəlməsinə baxmayaraq Amerikada çovğunlar və daşqınlar davam edir
please wait

No media source currently available

0:00 0:02:04 0:00

Baharın gəlməsinə baxmayaraq Amerikada qasırğalar davam edir

Birləşmiş Ştatların mərkəzi bölgələrində güclü külərlər, şiddətli yağışlar, şimşək, qar və buz olmaqla, pis hava şəraiti hökm sürür. Artıq ikinci gündür davam edən qasırğa yollarda tıxaclara, uçuşların təxirə salınmasına səbəb olub.

Birləşmiş Ştatlarda bahar təxminən üç həftə əvvəl başlayıb və ilk çiçəklər yarpaqlarla əvəz olunub. Lakin qış heç cür təslim olmaq istəmir. Çərşənbə günü ölkənin şimal-qərbindən güclü külək və çovğun Kolorado, Vayominq, Dakota və Minnesota ştatlarına doğru irəliləyib.

Kolorado ştatının Denver şəhərində 800-dən çox uçuş təxirə salınıb, çox sayda insan hava limanında gecələməli olub.

Minnesota və Cənubi Dakota ştatlarında qasırğa yol qəzalarına səbəb olub ki, buna görə yollar bağlanmalı olub. Bu sürücü səfərini təxirə salaraq Minnesotadan Corciaya evınə qayıdıb. “Ağlı olan bu havada sürməz, vəssalam! Buralar çox pis vəziyyətdədir.”

Dakota və Minnesota ştatları cümə günü səhərə qədər xəbərdarlıq şəraitində olub. Yerli rəsmilər sakinlərə fövqəladə vəziyyət olmadığı halda evlərindən çıxmamağı tövsiyə edib. Lakin problem təkcə qar deyil. Daşqınlar səbəbindən İdaho ştatında fövqəladə vəziyyət elan edilib. Ştatın paytaxtı Boysi yaxınlığındakı yaşayış məntəqəsinin sakinləri vertolyotlar vasitərilə təhlükəsiz yerlərə daşınıb.

Şiddətli küləklər Texas ştatının Amarillo bölgəsində xaos yaradıb. Küləklər eləcə də Kaliforniyanın Palm-Biç ərazisində yanğınlara səbəb olub. Pis hava şəraiti cümə axşamı elektrik dirəklərini və ağacları yıxmaqda davam edib, yollarda tıxaclara, məktəblərin və idarələrin bağlanmasına səbəb olub. Bu gün də ölkənin şərq bölgələrində qasırğanın davam edəcəyi gözlənilir.

Şənbə günü ölkənin cənub bölgələrində fırtına gözlənilir. Arkanzas ştatının biz hissəsi, Texas və Missisippi ştatlatrında tornadoya hazırlıqlarla bağlı göstərişlər verilib. Bu ştatlarda dağıdıcı küləklərin dolu ilə müşayiət olunacağı gözlənilir.

XS
SM
MD
LG