Accessibility links

Amerikadakı iranlılar Trampın mühacirət sərəncamından narahatdır


Amerikadakı iranlılar Trampın səfər qadağasını narahatlıqla qarşılayır
please wait

No media source currently available

0:00 0:03:06 0:00

Prezident Donald Trampın dünyanın altı ölkəsindən vətəndaşların ABŞ-a girişinə qadağa qoyulduğu yeni sərəncamı martın 16-da qüvvəyə minib. Sərəncamda göstərilən ölkələrdən biri İrandır. Los Anceles şəhərində İrandan kənarda iranlıların ən böyük icmasının üzvləri yeni sərəncamı narahatlıqla qarşılayıb.

Los Anceles şəhərinin qərb hissəsində İran meydanı kimi tanınan yerdə Novruza hazırlıqlar gedir. Novruz ailə üzvlərinin bir araya gəldiyi bir vaxtdır. Adətən, bu mövsüm İran icmasının üzvləri turizm agentliklərinə öz tutur. Amma bu il fərqlidir.

“Onlar bizə bilet sifarişindən daha çox başqa suallar verir”-deyə səyahət agentliyinin sahibi Şeri Tahuri bildirib.

“İnsanların çoxu bilet alanda geri qaytarılmayan biletlər, yəni qiymətcə ən ucuz biletlər alır. Onlar indi bizə deyir ki, pulumuzu geri istəyirik, çünki oraya getməkdən qorxuruq. Onlar ora getmək istəmirlər”-deyə turizm şirkətinin rəhbəri Fərhad Beşarati bildirib.

O deyir ki, iranlı amerikalılar, hətta ABŞ vətəndaşları olanlar da Trampın sərəncamına görə İrana getməyə qorxur.

“İranda yeni ildir. Novruzdur. Çox adam gedib qohumlarını görmək istəyir. Çoxunun anası və qoca atası oradadır. Təsəvvür edin ki, indi İran inqilabından 40 il bir vaxt otüb. Çox adam buradadır, onların qohumları isə orada ildən-ilə qocalır, buradakılar onları görə bilmir”-deyə jurnalist Reza Göhərzad bildirib.

Prezident sərəncamında İranın terrorizmi dəstəklədiyinə görə siyahıya daxil edildiyi bildirilir. Tramp tərəfdarları bu qərarı alqışlayır.

“Biz hər yerdən, Avropadan, Suriya və İran kimi ölkələr tərəfindən zəbt olunmuşuq. Onlar yoxlanılmalıdır, onları yoxlamaq lazımdır”-deyə Tramp tərəfdarı Morin Martin bildirib.

Lakin iranlı amerikalılar qərarı ədalətsiz adlandıraraq, ABŞ-da terror aktlarlarının başqa ölkələr tərəfindən törədilydiyini bildirir.

“İranlılar heç vaxt Birləşmiş Ştatlar, ya da başqa bir yerdə terror törətməyib. İndi hökumətdən danışanda hökumətlə xalq arasında fərq qoymaq lazımdır. Mənim xalqım İranda diktatorların böyük təzyiqi altındadır. Buna görə də hökumətin günhalarını xalqın boynuna yıxmaq lazım deyil”-deyə jurnalist Reza Göhərzad bildirib.

Səfər qadağasının təsirinə məruz qalanlar arasında ABŞ-da təhsil alan tələbələr də var.

Cənubi Karolina universitetinin tələbəsi Varun Soni: “Burada Los Ancelesdə böyük İran icması var. Buraya İran yəhudiləri və bəhai icması daxildir. Bu qadağa əhalisinin əksəriyyəti müsəlman olan ölkələrə yönəlsə də, təkcə müsəlmanlara təsir göstərməyib.”

Rous Yusifi tələbədir. “Tibb sahəsində təhsil alan çox sayda tələbə var və onlar geri qayıda bilmir. Onların internaturası, elmi dərəcə alması yarımçıq qalır, çünki onlar geri qayıda bilmir. Bu, ədalətli deyil. Adamın ürəyi ağrıyır”-deyə o bildirib.

Turizm şirkətinin rəhbəri Fərhad Beşarati prezident Trampın sərəncamına təmkinli yanaşmaqdan başqa yol olmadığını deyir. ”Biz ona bir neçə ay, bir müddət verməliyik ki, o bu qərarının doğru olduğunu sübut edə bilsin.”

Bəzi iranlılar Hafizin misralarına üz tutur.

Jurnalist Reza Göhərzad: “Hafiz demişkən, heç bir şey olduğu kimi eyni qalmır və olduğu kimi qalmayacaq. Hər şey dəyişir.”

Lakin bu Novruz mövsümü iranlılar belə dəyişiklik gözləmir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG