Accessibility links

ABŞ İraq əsgərlərini səhvən vurduğunu etiraf edib


Müdafiə naziri Karter insidentdə hər iki tərəfin günahının olduğunu bildirib

ABŞ müdafiə naziri Eş Karterin sözlərinə görə, İraqım 10 təhlükəsizlik qüvvəsinin həyatına son qoyan Amerikanın hava hücumunda hər iki tərəfindən səhvi olub.

Cənab Karter bildirib ki, ABŞ-ın qırıcı təyyarəsindən atılan bomba İraqın mərkəzindəki Fəlluca şəhəri yaxınlığında İraq təhlükəsizlik qüvvələrini vurub və bu bölgə əsasən İŞİD-in nəzarətindədir.

İraq müdafiə nazirinin sözlərinə görə, dünən baş vermiş insident zamanı 10 İraq əsgəri həlak olub.

ABŞ ordusu bildirib ki, hava hücumun üçün hədəf haqqında məlumat Fəlluca yaxınlığındakı İraq təhlükəsizlik qüvvələrindən daxil olub.

ABŞ-ın İran körfəzindəki hücum gəmisi olan USS Kearsage-də jurnalistlər qarşısında çıxış edən cənab Karter deyib ki, o, İraq baş naziri Heydər Əl-Abadiyə hadisəyə görə baş sağlığı verib və hər iki lider hadisənin araşdırılması barədə razılığa gəlib.

XS
SM
MD
LG