Accessibility links

Amerikada işçilər sıx əmək bazarından faydalanır [Video]


Amerikada işçilər sıx əmək bazarından faydalanır
please wait

No media source currently available

0:00 0:02:10 0:00

Ötən ay ABŞ iqtisadiyyatı üçün müsbət keçib. Amerika şirkətləri bazara 200 min yeni iş yeri əlavə edib. İşsizlik səviyyəsi 4,1 faiz olaraq qalır, əmək haqqı isə artmağa davam edir. İşsiz amerikalıların sayı azalsa da, işədüzəltmə agentlikləri onlara çox sayda insanın müraciət etdiyini deyir.

Yanvar ayında bütün sahələrdə iş yerləri artıb. Ən çox iş yerləri tikinti sahəsində artıb, belə ki, bu sahədə 36 min yeni iş yeri yaranıb. İkinci ən çox iş yerininin yarandığı sektor isə restoranlar və mehmanxana sektoru olub. Bundan əlavə isə istehsal və səhiyyə sektorlarına da çox sayda yeni iş yerləri əlavə olunub.

Bu yaxşı xəbərdir və onu göstərir ki, sıx əmək bazarı nəhayət əmək haqqının artmasına səbəb olur. Biz isə bunu artıq neçə ildir gözləyirik.
Qas Foşer

Ən müsbət inkişaf isə əmək haqqının ötən il ilə müqayisədə 3 faiz artması olub və beləcə ortalama saatlıq əmək haqqı hər saata 9 sent artıb.

“Bu yaxşı xəbərdir və onu göstərir ki, sıx əmək bazarı nəhayət əmək haqqının artmasına səbəb olur. Biz isə bunu artıq neçə ildir gözləyirik,” deyə PNC Maliyyə Xidmətlərinin baş iqtisadçısı Qas Foşer bildirir.

İşsiz amerikalıların iş tapmaq şansı 2000-ci ildən bəri belə yüksək olmayıb.

Bu vəziyyətdən işləyən amerikalılar da faydalaır. Dünyanın ən böyük işədüzəltmə firmalarından biri olan Accountemps-ın apardığı yeni sorğunun nəticələri göstərir ki, işləyən amerikalıların 29 faizi yeni ildə yeni işə keçmək istəyir.

“Birləşmiş Ştatların şərqindən qərbinə kimi bütün böyük metropoliten ərazilərində işləyən insanların üçdə birindən çoxu cəsarətlənib və daha yaxşı imknlar axtarışındadır,” deyə Bil Driskol bildirir.

Wall Street əmək bazarlarında sıxlıq və məvaciblərin artımı barədə perkspetviklərə nikbinliklə yanaşmırdı. İndekslər əmək haqları və inflasiyanın artacağına dair narahatlıqlar səbəbilə son iki il ərzində ən çox itki ilə üzləşib. Amerikanın Bankerlər Assosiasiyasının birldiridiyinə görə, bəzi risklər ABŞ iqtisadiyyatının trayektoriyasının dəyişə bilər.

“Komitənin müzakirə etdiyi gözləntilərin mənfi risklərinə gözləniləndən yüksək inflasiya daxildir, çünkü bu, Fed-in daha aqresiv cavab tədbirləri görməsinə, aktivlərin qiymətlərində kəsik düzəlişə, ticarət müzakirələrinin uğrusuzluğuna və həmişə olduğu kimi geo-siyasi çəkişmələrə gətirib çıxara bilər,” ABA-nın Məsləhət Komitəsindən Ellen Zentner söyləyir.

Hələlik isə Accountermps işsizlik mənzərəsinin yaxşılaşdığını nəzərə alaraq işəgötürənlərə belə bir məsləhət verir: Ya ən yaxşı işçilərinizi saxlamaq üçün əlinizdən gələni edin, ya da onları hazırkı qızğın əmək bazarında itirməyə hazır olun.

XS
SM
MD
LG