Accessibility links

ABŞ Türkiyədə Amerika vətəndaşlarına təhlükəsizliklə bağlı xəbərdarlıq edib


ABŞ-ın İstanbuldakı Baş Konsulluğu
ABŞ-ın İstanbuldakı Baş Konsulluğu

ABŞ hökuməti Türkiyədə Amerika vətəndaşlarına xüsusilə də İstanbul və Antalya şəhərlərində turist məkanlarında ciddi təhlükə ilə əlaqədar olaraq yeni xəbərdarlıq edib.

ABŞ-ın İstanbuldakı baş konsulluğunun veb səhifəsində yerləşdirilmiş bəyanatda Amerika vətənşdaşları bu iki şəhərdə ictimai meydanlar və limanlar kimi turist məkanlarından uzaq durmağa çağırılır. Baş konsulluğun xəbərdarlığında turist məkanları üçün “inandırıcı təhlükələr” olduğu qeyd edilir.

Xəbərdaqlıqda Amerika vətəndaşlarına bu yerlərdə ehtiyatlı olmaq və yerli medianı diqqətlə izləmək tövsiyə edilir.

ABŞ son aylar Ankara və İstanbulda terror hücumlarının ardınca Türkiyədə olan və ya Türkiyəyə səfər etməyi planlaşdıran vətəndaşlara səfərlərlə bağlı xəbərdarlıq açıqlayıb.

XS
SM
MD
LG