Accessibility links

ABŞ-da istehlakçı qiymətləri 5% artıb


ABŞ-da may ayında istehlakçı qiymətləri bir il əvvəllə müqayisədə 5% artıb. Bu, son 13 ildə ən yüksək illik inflyasiya nisbətidir. Bu artım müxtəlif yollarla ölkənin koronavirus pandemiyasından çıxması ilə əlaqədardır.

İstehlakçı qiymətlərinin artımı bir çoxlarının dövlətin yardım çeklərindən gələn pullar, yenidən restoranlarda yemək, tətilər və istehlak mallarının alqı-satqısı ilə izah edilir.

Bazar qiymətləri aprel ayından may ayına qədər hər ay 0.6% artıb. Artımda işlənmiş avtomobillər və yük maşınlarının qiymətləri böyük rol oynayıb. Mebel və geyim qiymətləri hava yolu tarifləri ilə birlikdə ümumi istehlak qiymətləri indeksini də yüksəldib.

İstehlakçılar üçün artan xərclərə baxmayaraq, ABŞ maliyyə rəsmiləri hələlik uzunmüddətli təsirlərdən narahat olmadıqlarını və qiymətlərin gələcək aylarda bərabərləşəcəyini gözlədiklərini deyirlər.

Onlar davamlı artımların bir il əvvəl pandemiyanın ən yüksək səviyyəsindəki aşağı qiymətlərlə müqayisələri əks etdirdiyini bildirir.

ABŞ Mərkəzi Bankı pandemiyadan sonra iqtisadi canlanmaya dəstək məqsədi ilə faiz dərəcəsini sıfıra yaxın saxlayır.

Keçən həftə sonu Maliyyə naziri Canet Yellen inflyasiyanın 2021-ci ildə bütövlükdə 3%-ə çata biləcəyini və bunun ABŞ üçün yüksək bir rəqəm olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG