Accessibility links

"ABŞ kiber təhlükəsizliyi sahəsində müdafiəni gücləndirməlidir"


ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin direktoru Mayk Rocers Senatın Silahlı Qüvvələr komitəsində dinləmə zamanı
ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin direktoru Mayk Rocers Senatın Silahlı Qüvvələr komitəsində dinləmə zamanı

ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin direktoru Mayk Rocers deyib ki, Birləşmiş Ştatlar kiber təhlükəsizlik sahəsində demək olar hər gün ciddi hədə ilə qarşılaşır. O bildirib ki, ABŞ hər günü daha ciddi kiber təhlükələrin qarşısını almalı olur.

Senatın Silahlı Qüvvələr komitəsində dinləmə zamanı açıqlama verən Rocers Birləşmiş Ştatların kiber hücumların qarşısının alınması işində geri qaldığını və ölkədə hələ də kiber təhlükələrilə bağlı siyasətin olmadığını bildirib.

Bizim ölkə hələ də belə təhlükələrlə mübarizədə çox pis hazırlıqlıdır"
Con Makkeyn

Senator Con Makkeyn kiber təhlükəsizliyi sahəsində siyasətin mövcud olmaması ilə bağlı bundan əvvəl də narahatlığını ifadə etdiyini qeyd edib. O deyib ki, Tramp administrasiyası inaqurasiyadan sonra 90 gün ərzində siyasətin hazırlanacağına söz vermişdi, lakin "90 gün artıq gəlib keçib".

"Bizim ölkə hələ də belə təhlükələrlə mübarizədə çox pis hazırlıqlıdır", Con Makkeyn bildirib.

Keçən il Birləşmiş Ştatlarda prezident seçkilərinin nəticələrinə təsir göstərmək məqsədilə kiber hücumun arxasında Rusiyanın dayandığına inanılır.

Senat və Nümayəndələr Palatasının kəşfiyyat komitələri Federal Təhqiqatlar Bürosu ilə birlikdə Rusiyanın seçkiyə müdaxilə etmək cəhdlərini təhqiq edir.

Çinin ABŞ hökumət idarələrinə qarşı dəfələrlə haker hücumları törətməsindən şübhələnilir. 2015-ci ildə hakerlər Birləşmiş Ştatların hökumət idarələrində çalışan 20 milyondan çox personalın şəxsi informasiyasını ələ keçirmişdi.

Rocers Çin və Rusiyanın kiber əməliyyatlarının azaldığını müşahidə etmədiyini deyib.

O, Rusiya ilə bağlı bildirib ki, ABŞ bu kimi rəftarı ictimai şəkildə ifşa etməlidir və yeni haker hücumlarının qarşısını almaq üçün kiber müdafiəni gücləndirməlidir. O deyib ki, potensial hakerlər "əməllərinə görə cavab verəcəklərini" bilməlidir.

"Bizim məqsədimiz onları bunu etməməyə inandırmaqdan ibarət olmalıdır, çünki bu, onların maraqlarında deyil", Rocers bildirib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG