Həyat keçdikcə, insanların keçmisə həsrəti daha da artır
Təqaüdə çıxmış fabrik işçisi Rocer Braşo: "Burada artıq çox sayda yaşlılar var. Gənc insanlar çox deyil. Hamısı gedib. Onların burada edəcəyi heç nə yoxdur."
Bir zamanlar kiçik şəhərlər həyatdolu idi
Rocer Braşo: "60 və 70-ci illərdə burada paltar, ayaqqabı və avadanlıq mağazaları, Coast to Coast mağazası, bərbərxanalar və restoranlar var idi. Elə bir təəsürat yaranırdı ki, sanki Çikaqoda gəzirdin".
Mount Karroll-da fabriklər, ordu anbarı, orta məktəb və kollec var idi
Rocer Braşo: "Mən balaca oğlan olanda buraya gəlirdim. Valideyinlərim saçımı kəsdirmək üçün məni buradakı bərbərxanaya gətirirdi. İçəridə 10-13 nəfər oturub gün içində baş verənlər barədə söhbət edib, saçlarını kəsdirmək üçün öz növbələrini gözləyirdilər".
Son on illərdə kollec, məktəb və ordu anbarı bu şəhərdən köçürülüb
Rocer Braşo: "Bu gün artıq mağazalar bağlanıb, insanlar isə şəhəri tərk edib."
1970-ci ildən bəri Mount Karrollun əhalisi yarıbayarı azalıb
Rocer Braşo: "Mən bütün mağazaların bağlandığına, binalar boş qaldığına görə çox kədərlənirəm. Bura artıq sanki ruhlar şəhəridir".
Kiçik şəhərlərin yenidən canlanacağına dair ümidlər realistik olmasa da, bəziləri hələ də bü umidlə yaşayır
Rocer Braşo: "Mən hələ də kiçik şəhərləri sevirəm. Mən ölənədək burada qalacağam".