Accessibility links

ABŞ Cənubi Koreyaya Yüksəklikdən Müdafiə Sisteminin ilk elementlərini yerləşdirib


ABŞ Yüksəklikdən Müdafiə Sisteminin (THAAD) ilk elementlərini Cənubi Koreyaya yerləşdirib. Bunun məqsədi Şimali Koreyanın təcavüzkar əməllərinə qarşı çıxmaqdır.

THAAD sistemi hər bir qısa və ortamənzilli ballistik raketləri havada sıradan çıxarmaq qabiliyyətinə malikdir.

Pentaqon sözçüsü Ceff Devisin dediyinə görə, sistemin yerləşdirilməsi ABŞ-la Cənubi Koreya arasında illik müdafiə təlimləri vaxtına təsadüf edir.

Bazar ertəsi Şimali Koreya dörd ballistik raket sınağı həyata keçirib.

Yaponiya raketlərdən üçünün Yaponiyanın iqtisadi zonasına düşdüyünü deyib.

Son iki ay ərzində Pxenyan nüvə və ballistik raket sınaqlarını artıraraq, 25-dən çox sınaq həyata keçirib.

ABŞ prezidenti Donald Tramp Yaponiyanın baş naziri Şinzo Abe və Cənubi Koreyanın icraçı prezidenti Hvanq Kyo-ahnla telefon söhbəti zamanı Ağ Evin onları dəstəklədiyində əmin edib.

Ağ Evin bəyanatında deyilir ki, Şimali Koreyaya təhdid və provokasiya mahiyyətli əməllərinin nəticəsi ilə üzləşəcəyi liderlərin yaxın əməkdaşlığı ilə nümayiş etdiriləcək.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG