Accessibility links

ABŞ Şimali Koreya liderinin nüvəsizləşmə görüşünə hazır olduğunu təsdiqləyib


ABŞ Şimali Koreya liderinin görüşə hazır olduğunu bildirib. Tramp administrasiyasının bildirdiyinə görə, Kim Conq-Unla görüşün məqsədi Koreya yarımadasının nüvəsizləşdirilməsidir.

Ötən ay Pxenyanın sammit təklifindən sonra bu, Şimali Koreyanın hələ də danışıqlara getmək marağının ilk göstəricisidir.

Tramp Kimlə mayın sonunadək görüşmək istədiyini bildirib. Lakin rəsmilərin bildirdiyinə görə, Vaşqinton-Pxenyan görüşü gizli saxlanılacaq.

Danışıqların nə yeri, nə də tarixi bəllidir.

ABŞ prezidenti Şimali Koreya liderinin Koreya yarımadasının nüvəsizləşdirilməsi istiqamətində xalqı və bəşəriyyət üçün düzgün yolu seçmək kimi bir şansı olduğunu bildirib.

Donald Tramp Twitter hesabında yazıb ki, Kim Conq Un ilə görüşü səbirsizliklə gözləyir. Lakin o, eyni zamanda Pxenyana qarşı sanksiyalar və təzyiqlərin maksimum səviyyətə saxlanacağını deyib.

XS
SM
MD
LG