Ağ Evin koronavirusla mübarizə üzrə koordinatoru Ceffri Zientsin bildirdiyinə görə, ABŞ koronavirus pandemiyasına qarşı mübarizədə "dönüş nöqtəsinə" çatıb.
Zients CNN-ə verdiyi müsahibə zamanı bütün amerikalılar üçün kifayət qədər peyvənd tədarük edildiyini və yeni gündəlik peyvəndlərin sayının keçən ayın ən yüksək tempindən 40l% azalaraq, 2,1 milyona düşdüyünü deyib.
ABŞ-da yaşı 18-dən yuxarı olanların 58 faizinin (təxminən 149 milyon insan) ən azı bir doza vaksin aldığını deyən Prezident Coe Bayden Müstəqillik Günü bayramına (4 İyul) qədər əhalinin 70% -ə vaksin vurulacağını bildirib.
Zients ölkənin "daha təhlükəsiz və normala yaxınlaşşma yolunda" olduğunu deyib. Lakin o, pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlərdən "hər kəsin yorulduğunu" etiraf edib və maska taxmağın da çətin olduğunu vurğulayıb.
Zients amerikalıları vaksin vurmağa, habelə izdihamlı yerlərdə maska taxmağa çağırıb.
O, ABŞ-ın iyulun 4-nə qədər 70% peyvənd göstəricisinə çatmasından asılı olmayaraq, bundan sonra mümkün qədər çox insana peyvənd vurmağa davam edəcəyini və gücləndirici vaksinasiyaya bir il yarım və ya daha uzun bir müddətdən sonra lazım gələrsə, ölkənun bu na da hazır olacağını qeyd edib.
Ümumilikdə 112,6 milyon amerikalı tam dozalı vaksin vurdurub.