Accessibility links

Texasda Meksika vətəndaşı edam edilib


ABŞ-ın Texas ştatında Meksika vətəndaşı dövlət katibi Con Kerri və Meksika rəsmilərinin ölüm hökmünün icra edilməməsi tələbinə baxmayaraq edam edilib.

ABŞ Ali məhkəməsinin onun edam hökmünü qüvvədə saxlamasından sonra Edqar Tamayo çərşənbə günü axşam inyeksiya ilə edam olunub.

Tamayo 1994-cü ildə Hyuston polisinə atəş açmaqda ittiham olunurdu. O, oğurluq üstündə həbs edildikdən sonra polisə tapança ilə atəş açmışdı.

Onun vəkili bildirib ki, Tamayoya 1963-cü il Vienna Konvensiyasının Konsulluq Əlaqələrinə əsasən Meksika konsolluğundan hüquqi məsləhət alma hüququna malik olduğuna dair xəbər verilməyib.

Onun Meksikadakı ailəsi və dostları edam xəbərindən məyus olublar.

Meksika hökümətinin bu həftənin əvvəlində yaydığı bəyanatda Tamayonun edamının ABŞ-ın beynəlxalq öhdəliklərinə zidd olduğu bildirilir.

ABŞ dövlət katibi Con Kerri Texas qubernatoru Rik Perri və baş hakim Qreq Abbotta xəbərdarlıq edərək Tamayonun edam qərarına yenidən baxılmasını tələb etmişdi. O bildirmişdi ki, edam qərarı ölkə xaricində problemlə üzləşəcək amerikalılara mənfi təsir göstərə bilər.

2004-cü ildə Beynəlxalq Ədliyyə Məhkəməsi Birləşmiş Ştatları Tamayonun işi kimi konsolluq xidmətindən yaralanma hüququndan xəbəri olmayan 51 Meksika vətəndaşının edam qərarını nəzərdən keçirməyə çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG