Accessibility links

ABŞ-da məktəblər açılacaqmı?


ABŞ-da məktəblər açılacaqmı?
please wait

No media source currently available

0:00 0:02:51 0:00

Ölkədə koronavirusa yoluxma hallarının artmasına baxmayaraq, Tramp administrasiyası məktəblərin açılmalı olduğunu bildirib. Tramp bunu millətin "vahid səhiyyə" kimi qiymətləndirib.

Nyu Hempşir ştatında məktəblərdən biri buraxılış günü sosial məsafəni saxlamaq üçün xizək qaldırıcılarından istifadə edib. Bu, pandemiya dövründə məktəblərin yaradıcılığının yalnız biri olub. Lakin bütün bu əzəmətə baxmayaraq, məktəblər yeni tədris ilində yenidən açıla bilər. ...

Prezident Tramp məktəblərin vaxtında - avqust və sentyabr aylarında açılmasında israr edir.

“Biz qubernatorlar və başqalarına məktəblərin açılışı üçün təzyiq göstərəcəyik" - deyə, ABŞ dövlət başçısı bildirib.

Məktəblər noyabr ayında yenidən seçilmək niyyətində olan prezidentin iqtisadiyyatın normal fəaliyyətə başlaması planının bir hissəsidir. Uşaqların məktəblərə qayıtması valideynlərin də işə dönmələri demək olacaq. Hazırda Amerikada 50 milyondan çox məktəbli dəsrləri onlayn keçir.

ABŞ-ın Pediatriya Akademiyası məktəblilərin geriləməməsi üçün məktəblərin açılmasını təklif edib. Bu təklif bəzi səhiyyə ekspertlərinin də dəstəyini əldə edib.

“Bizim əksəriyyətimiz məktəblərin yenidən açılmasını istəyirik. Lakin bunun necə edilməli olduğunu yoxlamalıyıq. Ehtiyatlı olmaq ən əsasıdır" - deyə, Vanderbilt Universitetindən Ullyam Şaffner bildirib.

Lakin Amerikanın Sahibkarlar İnstitutunun araşdırmalarından məlum olub ki, valideynlərin yalnız 20% məktəblərin açılmasının tərəfdarıdır. Respublikaçı valideynlər demokratlardan iki dəfə çox bu ideyanı dəstəkləyir.

Lakin federal və ştat rəsmilərinin maska taxmaq kimi ehtiyat tədbirləri valideynlərin narahatlığına səbəb olub.

“Məktəblərin açılması sırf qubernatorlar, rəhbərlər, direktorlar və ya müəllimlər tərəfindən verilmiş bir qərar olmamalıdır. Valideynlərin də iştirak etməli olduqları bir qərardır, onlar məktəblərin uşaqlarının təhlükəsizliyini qoruyub saxlamağa davam edən qoruyucu bir yer olduğuna inanmalıdırlar. Problem bir-birinizə zidd qaydalardır ki, məktəbin nəyisə edib-etməməsi mövzusunda müxtəlif ziddiyyətli təlimatlarla qərar verməyə çalışan valideynlər üçün çıxılmaz bir vəziyyət yaradır”- deyə, Amerikanın Sahibkarlar İnstitutunun əməkdaşı Con Beyli bildirib.

Uşaqlar arasında koronavirus geniş yayılmasa da, onların virusu ailə üzvlərinə ötürmə təhlküəsi var.

“COVID virusu haqda çox şeyi bilmirik.Həqiqətənmi uşaqlara yoluxa bilər və ya onlar ötürücü ola bilər və ya uşaqlara virus çətin təsir göstərə bilər? Bu araşdırmalar hələ davam edir”, Ullyam Şaffner bildirib.

Aprel ayında məktəblərə və universitetlərə ayrılan 13 milyard dollardan əlavə federal hökumətin tədris ocaqlarının təhlükəsiz şəkildə açılışına vəsait ayırıb-ayırmayacağı hələ ki, bəlli deyil.

XS
SM
MD
LG