Accessibility links

ABŞ-ın mobil klinikaları [Video]


ABŞ-ın mobil klinikaları
please wait

No media source currently available

0:00 0:02:16 0:00

Birləşmiş Ştatlarda səhiyyə xidmətləri yalnız klinikalarda və ya xəstəxanalarda aparılmır, ölkədə diş, doğumöncəsi, pediatrik, profilaktik, xidmətlər də daxil edilməklə, 2000-ə qədər mobil səhiyyə xidməti fəaliyyət göstərir. Bu mikroavtobuslar xəstələr olduğu yerlərə - kitabxanalar, məktəblər, aztəminatlı icmaların ticarət mərkəzlərinə gedir. Hyuston ştatı Texas şəhərində təşkil olunan yeni proqram mobil klinika operatorlarına ən çox ehtiyac olan yerləri tapmaqda kömək edir.

Bütün uşaq həkimləri kimi Sanqamitra da göz yaşlarının onların işinin bir hissəsi olduğunu deyəcək. Bu, Hyuston şəhərindəki ibtidai məktəblərdən birinin həyətindəki insanlar həkimi görmək üçün növbəyə dayanıb. Doktor Sanqmitra Misra: “Mobil klinika konsepsiyası həqiqətən son 5-10 il ərzində xeyli genişlənib. Hər kəs köməyə ehtiyacı olan ailələrə necə yardım edə biləcəyini düşünür və bunun mənası var."

Valideynlərin çoxu uşaqlarını mütəmadi olaraq yoxlamağa gətirir. Bu dairədəki bəzi məktəblərin şagirdlərinin demək olar ki, 30-dan 40 faizə qədərinə peyvənd vurulmayıb. "Bizim qollarımız açıqdır və biz ehtiyacı olan hər ailəyə yardım etməyə hazırıq” deyə, doktor Misra bildirir.

Bu mobil səhiyyə klinikaları məhəllələrə xüsusi dizaynla göndərilir. Texas universitetindən Riqoberto Delqado: "Mən səhiyyə üzrə iqtisadçıyam və resursları optimallaşdırmaq mənim xoşuma gəlir.”

“Milli Elm Fondu”nun dəstəyi ilə Riqoberto Delqado Texas Uşaq Xəstəxanası kimi məhdud resursları olan provayderlərə yardım etmək istəyir. "Doktor Misra xəstələrinə çox diqqət yetirir. Onun doğru yerlərə gedib-getmədiyinə fikir verməsinə vaxtı yoxdur. Biz ona resurslarını obyektiv yerlərdə istifadə etməsinə yardım etməyə çalışırıq."

Houston Universitetindəki “Texas Texnologiya Elm Mərkəzi”ndəki qrupu ən yüksək riskli ərazilərin proqnozlaşdırılması üçün xəritələrdən istifadə edərək ümumi səhiyyə sistemindəki məlumatlara əsaslanır.

Bu xəritədəki qırmızı nöqtələr mobil klinikaların hansı ərazidə olduğunu göstərir. “Lakin siz burada hansı bölgəyə daha çox ehtiyac olduğunu görürsünüz. Bu onların pis işləməsi demək deyil, bu, onların daha çox resursa ehtiyacı olması və ya resurslarını başqa səmtə yönəltməsinə yardım etmək deməkdir” deyə Delqado bildirir.

Doktor Misra deyir ki, müəyyən ərazilərdə rəqəmlərin dəqiq olmasını istəyərdi. “Bəzi günlər 75 uşağın olduğunu göstərir. Bəzi günlər isə daha çox. Bəzən biz orada cəmi 5 uşaq olduğunu müəyyən edirik. Biz bunu dəqiq bilsək, ona uyğun hərəkət edərik.”

Hyuston komandası deyir ki, demoqrafik məlumat daha dəqiq olarsa, bu, dünya boyu səhiyyə xidmətlərinə ehtiyacı olan bölgələrə yardım edə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG