ABŞ-da koronavirusdan ölənlərin sayı şənbə günü 140 mini ötüb. 50 ştatdan 42-də iki həftə ərzində yoluxma halları artıb.
ABŞ-da yeni yoluxma halları iyun ayının ikinci yarısından vüsət alıb. Hazırda ölüm halları da artmaqdadır.
Amerikada hər gün 5 min nəfərin virus səbəbi ilə həyatını itirdiyi bildirilir. Qonşu Kanadada pandemiyanın başlanğıcından bəri 8800 nəfər ölüb.
ABŞ-da təkcə bir həftə ərzində ölənlərin sayı İsçevdə koronavirusun başlanğından bəri ölənlərin sayına (5600) bərabər olub.
Bir çox ştatların morqları artıq dolub.
Arizona ştatının Marikopa mahalı 280 cəsəd üçün 14 soyuducu tələb edib. Bu yolla ölüm sayları artıqca morqlarda yer açıla bilər.
Texasın San-Antonio şəhəri və Beksar mahalı 180 cəsəd üçün 5 soyuducu-treyler sifariş edib.
Mobil morqlar ölkədə xəstəliyin nəzarətdən çıxdığına dair qorxulara səbəb olub.