Accessibility links

Hər il ABŞ-a bir milyondan çox insan mühacirət edir - Onlar haradan gəlir?


Hər il ABŞ-a bir milyondan çox insan mühacirət edir. Yeni gələnlərin böyük hissəsi Hindistanın payına düşür.

2010-cu ildə asiyalı mühacirlər ispandilli mühacirlərdən daha çox idi. 2008-ci ildə Amerikada iqtisadi tənəzzül səbəbi ilə bu ölkəyə axışan miqrant sayı kəskin azalmışdı.

Nəzarət mərkəzlərində saxlanılanların əksəriyyəti inanılmaz yoxsulluqdan qaçıb və onların vəziyyəti indi qaçdıqları ölkələrindən fərqli olaraq daha yaxşıdır.

2017-ci ildə Hindistandan 126 min adam Amerikaya köçüb. Hindistandan sonra mühacirlər sayı baxınmından Meksika (124 000), Çin (121 000) və Kuba (41 000) gəlir.

2055-ci ildək asiyalıların ən böyük mühacirət qrupu olacağı gözlənilir.

Hal-hazırda ABŞ-da ən böyük immiqrant qrupu bütün xarici əsilli ABŞ sakinlərinin 44% -ni təşkil edən 19 milyondan çox ispan və ya latın mənşəli insanlardır.

Ümumilikdə isə Amerikada xarici ölkələrdə doğulan 44 milyon insan var. Bu göstərici ümumi əhalinin 14 faizini təşkil edir.

Bu arada, Amerikada mühacirətlə bağlı durum olduqca gərgindir. ABŞ-ın cənub sərhədlərinə milyonlarla insan axışıb. ABŞ-dan sığınacaq almaq istəyənlərin bir çoxu nəzarət mərkəzlərində saxlanılır.

Prezident Donald Tramp Mərkəzi Amerikadan ailələrin ABŞ-Meksika sərhədinə axınını bu yolla əngəlləməyə səy göstərir.

Tramp administrasiyası bu yaxınlarda bildirib ki, ABŞ-a qeyri-qanuni daxil olan miqrantların deportasiyası sürətləndiriləcək.

Ölkədə azı iki il yaşadıqlarını sübut edə bilməyən qeyri-qanuni miqrantların çoxu Birləşmiş Ştatlardan dərhal çıxarılacaq.

BMT-nin insan haqları üzrə ali komissarlığıı ABŞ-da qaçqın və miqrantların saxlanma mərkəzlərindəki şəraiti tənqid edərək, onları qeyri-insani və dəhşətli adlandırıb. Tramp adminsitarsiyası tibbi yardımların artırılması ilə yanaşı, şəraitin yaxşılaşdırıldığını bildirir.

Prezident Tramp isə deyib ki, nəzarət mərkəzlərində saxlanılanların əksəriyyəti inanılmaz yoxsulluqdan qaçıb və onların vəziyyəti indi qaçdıqları ölkələrindən fərqli olaraq daha yaxşıdır.

Təxminlərə görə, Amerikada hazırda 10 milyondan çox qeyri-qanuni mühacir yaşayır ki, onların ölkədə hüquqi statusu yoxdur. Bu, isə o deməkdir ki, onlar normal qaydada işləyə, təhsil ala, bir sözlə cəmiyyətin əksər imtiyazlarından yararlana bilməzlər. Demokratlar təklif edirlər ki, Amerikada uzun müddət yaşamış adamlara vətəndaşlıq əldə etmək üçün yol xəritəsi verilsin. Təklifin əleyhdarları isə hesab edirlər ki, Amerikaya qeyri-qanuni gəlmiş adamlara vətəndaşlıq vermək gələcək qanunsuzluqlara rəvac vermiş olur və özbaşınalığa haqq qazandırır.

XS
SM
MD
LG