Accessibility links

Birləşmiş Ştatlarda 4 iyul Müstəqillik günü qeyd edilir. Bayram paradlar, pikniklər, atəşfəşanlıq və konsertlərlə müşayiət olunur.

Müstəqillik gününün qeyd edilməsinin tarixi 18-ci əsrdə Amerika inqilabı ilə bağlıdır.

1776-cı ildə iyulun 2-də Kontinental Konqres Amerikanın müstəqilliyinə səs vermişdi.

ABŞ-ın Müstəqillik Bəyannaməsinin ilk nəşr olunmuş nüsxəsi
ABŞ-ın Müstəqillik Bəyannaməsinin ilk nəşr olunmuş nüsxəsi

Bundan iki gün sonra 13 koloniyadan nümayəndələr Tomas Cefferson tərəfindən hazırlanmış tarixi Müstəqillik Bəyannaməsini qəbul etmişdir.

Amerika konstitusiyası üzrə bəzi ekspertlər hesab edir ki, Müstəqillik günü tarixi səsvermənin baş verdiyi 2 iyul günündə qeyd edilməlidir.

Amerika prezidentlərinin üçü iyulun 4-ü dünyasını dəyişib. Bunların ikisi-Tomas Cefferson və Con Adams Müstəqillik Bəyannaməsini hazırlamış “Millət Ataları”dır. Nə qədər qəribə görünsə də, iki keçmiş prezident aralarında bir neçə saat fərqlə dünyasını dəyişmişdir.

4 iyul buna görə həm də Amerika Birləşmiş Ştatlarının tarixində mühüm rol oynamış Tomas Cefferson, Benjamin Franklin və Con Adams kimi görkəmli şəxsiyyətlərin yad edildiyi gündür.

Vaşınqton şəhərinin Milli Parkında hər il olduğu kimi 4 iyul Müstəqillik günü münasibətilə təntənələr keçirilir. İyulun 4-ü konsertdən sonra atəşfəşanlıq paytaxt Vaşinqtonun səmasını işıqlandıracaq.

Atəşfəşanlıq ənənəsinə tarixi malikdir. Konqres Müstəqillik günü münasibətilə pirotexnikdan istifadə edilməsinə 1777-ci ildə Filadelfiyada icazə vermişdir. O vaxtdan atəşfəşanlıq 4 iyul Amerikanın Müstəqilliyi gününün bayram edilməsinin əsas atributlarından birinə çevrilmişdir.

XS
SM
MD
LG