Accessibility links

ABŞ və NATO Qara dənizdəki hərbi mövcudluğunu artırır


Qara dənizə gəlincə, beynəlxalq diqqət həftələr boyu həbsdə olan Kremlin tənqidçisi Aleksey Navalnının Rusiya prezidenti Vladimir Putinə məxsus olduğunu söylədiyi zəngin 1.37 milyard dollarlıq malikanəyə yönəlib.

Rusiya liderinin əleyhdarları tərəfindən "Putin Sarayı" adlandırılan 1800 kvadratmetrlik malikanə Qara dənizin şimal-şərq sahilindəki Gəlincik şəhəri yaxınlığında yerləşir. Sovet İttifaqı dövründə bura kuror şəhəri idi. 19-cü əsrdə isə bu region Osmanlı İmperiyası ilə Rusiya arasında qul ticarəti üçün bir məkan idi.

Son bir neçə gün ərzində Qara dənizdə sayı artan dəniz qüvvələri manevrlərini müşahidə etmək olar. ABŞ Hərbi Dəniz Qüvvələri NATO tərəfdaşları ilə birlikdə Qara dənizdəki mövcudluğunu dramatik şəkildə artırıb. Bu isə Rusiyanın 2014-cü ildə Krımın ilhaqından sonra Avropa ilə Asiya arasındakı suları militarizasiyasının cavabsız qalmayacağını vurğulamaq strategiyanın bir hissəsidir.

Keçən həftə ABŞ-ın raketvuran USS Porter Qara dənizdə 2017-ci ildən bəri böyük həbi mövcudluğunu saxlayan USS Donald Cook və yanacaq doldurma gəmisi USNS Laramie-yə qoşulub. Üç gəmi digər NATO və Ukrayna hərbi gəmilərinin yaxınlığında patrul çəkir və koronavirus pandemiyası səbəbindən keçən il təxirə salınan dəniz təlimlərində iştirak edir.

NATO sözçüsü Qərb ittifaqının "Rusiyanın Krımı Ukraynadan qanunsuz ilhaq etməsinə və davam edən hərbi gücünə cavab olaraq" Qara dənizdəki varlığını artırdığını deyib.

Qərb rəsmiləri və müstəqil hərbi analitiklərin dediyinə görə, Moskva Ukrayna yarımadasını ilhaq etməsindən sonrakı beş il ərzində Qara dəniz bölgəsini "hərbi qalaya" çevirib və buradakı hərbi personalını artıraraq, hava, dəniz və sahil müdafiə sistemlərini inkişaf etdirib.

Qərb rəsmilərinin dediyinə görə, Rusiya Qərbin təlimlərinə cavab olaraq Bastion raketdən müdafiə sistemini Krıma göndərib və Admiral Makarov freqatını yerləşdirməklə NATO-nun təlim manevrlərinin hava hədəflərini kilidləməkə elektron kommunikasiyalarını bağlamaqla təlimlərə mane olmağa çalışıb.

ABŞ-ın hərbi rəsmilərinin bildirdiyinə görə, bazar günü Rusiya döyüş təyyarəsi USS Donald Cook təyyarə daşıyan gəmisinin üzərindən uğultu ilə uçub.

ABŞ 6-cı Donanmasının sözçüsü Kayl Reyns Rusiyanın Sukhoi Su-24 reaktiv təyyarəsinin gəmiyə 91 metr məsafəyədək yaxınlaşıb.

Prezident Co Bayden Moskvaya Rusiyanın bölgədəki təcavüzünə qarşı "qətiyyətlə hərəkətə keçəcəyi" barədə xəbərdarlıq verib.

Ukrayna, Gürcüstan və Rumıniya ABŞ və NATO-nu Moskvanı təcavüzkar gündəmindən çəkindirmək üçün Qara dəniz bölgəsindəki hərbi mövcudluqlarını daha da artırmağa çağırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG