Rəsmilərin bildirdiyinə görə, Ohayo ştatının Sinsinati şəhərinin bir neçə məhəlləsində baş verən atışma zamanı azı 18 nəfər güllə yarası alıb və onlardan 4-ü ölüb.
Polisin verdiyi məlumatda hadisələrdən birinin bazar günü gecə saat 12: 30-dan sonra Avondeyl məhəlləsinə baş verdiyini və 21 yaşındakı Antonio Bleyerin odlu silahla vurulduğu bildirilib. Polisin dediyinə görə, həmin gənc Universitet Xəstəxanasına aparılıb və orada ölüb. Yaralanan digər üç nəfərin də xəstəxanaya aparıldığı deyilib.
Təxminən gecə saat 2:15-də polisə Over-the-Rhine məhəlləsində atışma barədə xəbər verilib. Hadisə yerində 10 nəfər yaralanıb,1 nəfər ölüb. Digərinin isə Sinsinati Tibb Mərkəzində öldüyü bildirilib. Ölənlərin 34 yaşlı Robert Rocers və 30 yaşlı Haquez Qrant olduğu müəyyən olunub.
Polis şənbə günü gecə yarısı Hillsolnats Hills məhəlləsində də üç nəfərin güllə ilə vurulduğunu bildirib.
Şəhər meri Con Kranli deyib ki, şəhərin COVID-19 pandemiya ilə mübarizə apardığı bir vaxt odlu silahlarla mənasız hücumlar həyatları məhv edir. O, barlar bağlandıqdan sonra şəhər əhalisinin özəl evlərə toplaşdığını bildirib.
Enquirer-in iyul ayında açıqladığı məlumata görə, şəhərdə ilin birinci yarısında baş verən atışmalar və odlu silahlardan ölüm halları 2019-cu ilin eyni dövrü ilə müqayisədə xeyli artıb.