Accessibility links

ABŞ senatorları Amerika Olimpiya komandasının geyiminə dair qanun layihəsi təklif edir


ABŞ-ın altı demokrat senatoru Amerika Olimpiya komandası üzvlərinin geyiminin Birləşmiş Ştatlarda istehsal edilməsini nəzərdə tutan qanun layihəsini gələn həftə Konqresə təqdim edəcəklərini bəyan ediblər.

Bu addım mətbuatda ABŞ idmançılarının London Olimpiya oyunlarında Amerika patriotizminin rəmzi olan qırmızı, ağ və göy rəngli formalarında “Çində istehsal edilib” yazılması ilə bağlı məlumatlar verildikdən sonra atılır.

Senatda demokrat əksəriyyətin lideri Herri Rid deyib ki, ABŞ-da tekstil sənayesi işçilərinin işə böyük ehtiyacı olduğu halda, formaların xarici ölkədə işçi qüvvəsi tərəfindən istehsalı tamamilə yanlış bir qərar olmuşdur.

ABŞ-ın Milli Olimpiya Komitəsi bildirib ki, bu il idmançıların formasının dəyişdirilməsi artıq gecdir. Lakin Komitə bildirib ki, 2014-cü ildə Rusiyada Qış Olimpiya oyunlarında ABŞ komandası Amerikada istehsal edilmiş formalarda çıxış edəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG