Accessibility links

Amerikanın simal-şərq ştatlarında yüzlərlə üçüş təxirə salınıb


Amerikanın simal-şərq ştatlarında yüzlərlə üçüş təxirə salınıb. Milad bayramı günü ABŞ-ın cənub bölgəsində hava şəraiti iki nəfərin həyatına son qoyub.

Tornadolar Alabama, Luiziana, Mississippi və Texas ştatlarını təsirinə məruz qoyaraq çoxsaylı evi yararsız hala salıb və regionda on minlərlə insanı elektrik enerjisiz qoyub. Cərəyan habelə Oklahomada qış qasırğasına çevrilib və avto-magistralda 21 maşınlıq zəncirvari yol qəzasına səbəb olub.

Texas rəsmilər deyir ki, 25 yaşlı oğlan güclü külək nəticəsində qırılan böyük ağacın onun maşınının üzərinə düşməsi nəticəsində həlak olub. O, Hyuston istiqamətində hərəkət edirmiş. Digər bir nəfər isə qarlı yolda baş vermiş yol qəzası nəticəsində dünyasını dəyişib.

Sinoptiklər deyir ki, ağır hava şəraiti ABŞ-ın mərkəzi ştatlarına hərəkət edərək Arkanzas, Ohayo, İllinoys və İndianaya güclü çovğun gətirəcək.
XS
SM
MD
LG