Accessibility links

Amerika prezidenti 18-ci Xəzər Neft və Qaz sərgisinin açılışı ilə əlaqədar təbrik göndərib


Amerika prezidenti 18-ci Xəzər Neft və Qaz sərgisinin açılışı ilə əlaqədar təbrik göndərib
Amerika prezidenti 18-ci Xəzər Neft və Qaz sərgisinin açılışı ilə əlaqədar təbrik göndərib

Prezident Obama hesab edir ki, Azərbaycanda dövlət və özəl sektorlar arasında uğurlu əməkdaşlıq öz növbəsində beynəlxalq ictimaiyyətin qlobal enerji tələbatının ödənilməsinə böyük töhfə verib.

Amerika prezidenti Barak Obama Bakıda 18-ci Xəzər Neft və Qaz sərgisinin açılışı ilə əlaqədar Azərbaycan prezidenti cənab İlham Əliyevə təbrik məktubu göndərib.

Təbrikdə deyilir ki, Azərbaycanın mərhum prezidenti Heydər Əliyevin uzaqgörənliyi və məqsədyönlülüyü nəticəsində Şərq-Qərb Enerji Dəhlizinin əsası qoyulub. “Azəri-Çıraq-Günəşli neft yataqları, Bakı-Tbilisi-Ceyhan neft kəməri, Şahdəniz qaz yatağı və Cənubi Qafqaz qaz kəməri kimi böyük enerji layihələrinə qoyulan iri sərmayələr Azərbaycana və onun beynəlxalq tərəfdaşlarına əhəmiyyətli ticari, iqtisadi və strateji mənfəət gətirib.”

Cənab Obama hesab edir ki, Azərbaycanda dövlət və özəl sektorlar arasında uğurlu əməkdaşlıq öz növbəsində beynəlxalq ictimaiyyətin qlobal enerji tələbatının ödənilməsinə böyük töhfə verib. “Dünyadakı ən geniş və mürəkkəb layihələrdən biri olan Cənub Dəhlizi layihəsinə qoşulmaq barədə Sizin verdiyiniz qərar Azərbaycanda energetika sahəsində yeni mərhələnin başlanğıcına və iqtisadiyyatın inkişafına təkan verəcək və o cümlədən, təbii qaz ehtiyatlarının mənimsənilməsini daha da təkmilləşdirəcək”. Amerika prezidentinin fikrincə, Azərbaycanın energetika sektoruna qoyduğu sərmayə dünya iqtisadiyyatına inteqrasiya prosesini, Azərbaycan xalqının və vətəndaşlarının yaşayış standartlarının yüksəldilməsini sürətləndirəcək. “Birləşmiş Ştatlar, enerji təhlükəsizliyi və müxtəlifliyinin inkişaf etdirilməsi və Qafqaz regionunda sabitlik və tərəqqiyə nail olunması sahəsində Azərbaycanla davamlı əməkdaşlıq etmək niyyətindədir”, - deyə prezident qeyd edib.

XS
SM
MD
LG