Accessibility links

Trampın xarici səfəri Rusiya mübahisəsinə fasilə yaradıb [Video]


Trampın xarici səfəri Rusiya mübahisəsinə fasilə yaradıb
please wait

No media source currently available

0:00 0:02:29 0:00

Trampın xarici səfəri Rusiya mübahisəsinə fasilə yaradıb

Rusiya istintaqının qızışdığı ərəfədə Trampın ilk xarici səfəri onun üçün qısa müddətlik də olsa fasilə yarada bilib.

Prezident Doland Tramp və birinci xanımının ilk xarici səfərinlərində İsrailə getməsi, ardınca da Papa Fransislə görüşməsi xüsusi əhəmiyyət daşıyır.

Rusiya istintaqının qızışdığı ərəfədə Trampın ilk xarici səfəri onun üçün qısa müddətlik də olsa fasilə yarada bilib.

Trampın Rusiya istintaqı səbəbilə yaşadığı çətinliklər əvvəlki prezident qalmaqallarını yada salıb. Bunlardan ən çox yadda qalanı isə Riçard Niksonun Demokratik Partiyaya qarşı qeyri-qanuni müdaxiləsi və Ağ evin bunu ört-basdır etməsinə görə yaranan qalmaqaldır.

Bu hadisədən 20 il sonra Ronald Reyqan İran-Kontra qalmaqalı səbəbindən az qala öz prezidentlik vəzifəsini itirəcəkdi. Reyqan administrasiyası amerikalı girovları xilas etmək üçün İrana gizli şəkildə silah satışı həyata keçirmişdi. Satışlardan əldə edilən gəlirlərin bir hissəsi isə Nikaraquada üsyançılara ötürülmüşdü.

1998-ci ildə Bil Klinton Konqres tərəfindn impiçment olan ikinci prezident oldu. O, Monika Levinski ilə aralarında olan münasibət haqqında yalan danışsa da, Senat tərəfindən bəraət aldığı üçün bundan vəzifəsinə davam etmişdi.

Hüquq analisti Pol Çiff bildirir ki, əgər Rusiya istintaqı nəticələnsə Trampın vəziyyəti daha ağır ola bilər.

Con Forter isə qeyd edir ki, Rusiya istintaqının sonu naməlum olduğu üçün, bunun Tramp üçün hansı siyasi nəticələrinin olacağını demək çətindir.

Ölkəsinə qayıtdıqdan sonra onu çətin siyasi döyüşün gözlədiyinə baxmayaraq, Tramp hazırda diplomatik əlaqələrə daha çox fokuslanıb.

XS
SM
MD
LG