Accessibility links

ABŞ-da qətl insidentlərinin motivləri araşdırılır


ABŞ-da 13 saat ərzində 29 nəfərin ölümü ilə nəticələnən qətl insidentlərinin motivləri araşdırılır.

ABŞ prezidenti Donald Tramp bazar günü bütün hökumət binaları üzərindəki bayraqların endirilməsinə göstəriş verib. Yarıya endirilən bayraqlar gələn 5 gün ərzində qaldırılmayacaq.

Rəsmilər daxili terrorizmdə ittiham edilən Texas hücumçusuna ölüm cəzası verilməsinə çalışacaqlarını deyib.

"Ölkəmizdə nifrətə yer yoxdur" - deyə, Tramp müxbirlərə bildirib.

O, qətlləri əqli problemlərlə əlaqələndirərək, insidentlərlə bağlı daha kəskin bəyanatlarla çıxış edəcəyini deyib. "Ölkəmiz faciəvi hücumda qətlə yetirilənlərin ailələri ilə matəm saxlayır, yaralananların ağırı və iztirablarını bölüşürük”, prezident bildirib.

ABŞ-ın Ohayo ştatının Deyton şəhərində silahlı hücum zamanı 9 nəfər ölüb, 16 adam yaralanıb. Polisin bildirdiyinə görə, hücumçu tək hərəkət edib. Hücumun motivləri bəlli deyil.

Hücumçunun 24 yaşlı Konnor Betts olduğuna dair xəbərlər yayılıb. O, psixologiya fakültəsinin tələbəsidir.

Polis Bettsin 3 ağdərili və 6 Afrika mənşəli amerikalını qətlə yetirdiyini bildirib.

Deyton meri Nan Uali polisin cevik cavabının yüzlərlə həyatı xilas etdiyini bildirib. Belə ki, hadisə törədilən yer bar, restoran və teatrlarla doludur.

Şənbə günü Texasın El Paso şəhərindəki Walmart mağazasında hücum zamanı 20 nəfər öldürülüb, 26 adam yaralanıb.

Bundan əvvəl ABŞ-ın Kaliforniya ştatında keçirilən sarımsaq festivalında kütləvi qətl hadisəsi baş verib. Hücumçunun açdığı güllə atəşi nəticəsində azı üç nəfər həyatını itirib.

Qilrou şəhərində baş verən hadisə ilə bağlı məlumat verən polis hücumçunun əlində tüfəng olduğunu bildirib. Qilrou polis idarəsinin rəisi Skot Smiti hücumçunun polis atəşi nəticəsində öldürüldüyünü bildirib. O, həmin şəxsin çox güman ki, festival ərazisinə hasarı aşaraq keçdiyini deyib. Belə ki, fevstivala gələnlər yoxlanışdan keçib.

Rəsmilər hücumun ispandillərin nifrət zəminində hədəf alınıb-alınmadığını araşdırır. Belə ki, hücumdan bir saat əvvəl ispandillilərin Texası işğal etdiyinə dair post yayılmışdı.

Meksika prezidenti Andres Manuel Lopez Obrador deyib ki, öldürülənlər arasında 6 Meksika vətəndaşı olub.

ABŞ qanunvericiləri vaxtaşırı odlu silahlarla günahsız insanların qətlə yetirilməsiniə mane olunması yollarını araşdırır.

Konstitusiya amerikalılara silahlara malik olmaq hüququ versə də, qanunvericilər silahlara sahib olmaq qanunlarının sərtləşdirilməsini istəyir. Lakin digər qanunvericilərin etirazına görə hələ də ortaq zəmin əldə edilməyib.

Ohayodan demokrat senator Şerrod Braun ştat və milli qanunvericilərin silahlara nəzrət qanununu imzalamamasına qəzəbini bildirib.

Federal Təhqiqat Bürosunun direktoru Kristofer Rey deyib ki, FBİ-yın bütün resurslarının səfərbər edilməsi ilə ədalət təmin ediləcək.

Senator Kori Buker və Berni Sanders kimi prezidentliyə demokratik namizədlər prezident Trampı mühacirət əleyhinə retorikalarına görə günühlandırıb. "Donald Tramp buna görə məsuliyyət daşıyır. Çünki o, qorxu, nifrət və fanatizmi qızışdırır” - deyə, Buker CNN xəbər agentliyinə bildirib.

Meksika prezidenti Obrador ABŞ-ı sosial problemlərini "güc tətbiqi və nifrət yaymaqla" həllinin dayandırmasına çağırıb.

ABŞ prezidenti Tramp meksikalı mühacirləri "təcavüzkar" və "kriminal" adlandırıb.

XS
SM
MD
LG