Accessibility links

Amerika Qlobal Tələbə Mübadilə Proqramını elan edib


Amerika Qlobal Tələbə Mübadilə Proqramını elan edib
Amerika Qlobal Tələbə Mübadilə Proqramını elan edib

Qlobal Tələbə Mübadilə Proqramı ali təhsil ocaqlarının birinci, ikinci, üçüncü kursunda oxuyan tələbələrə ABŞ universitetlərində və kolleclərində təhsil almaq imkanı verir

ABŞ hökuməti 2011-ci il üçün “Qlobal tələbə mübadilə proqramı” (UGRAD) elan edib. Proqram Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan ali təhsil ocaqlarının birinci, ikinci, üçüncü kursunda oxuyan tələbələrə ABŞ universitetlərində və kolleclərində təhsil almaq imkanı verir.

Media Forum saytı Beynəlxalq Tədqiqatlar və Mübadilələr Şurasına (İREX) istinadən bildirir ki, proqram üçün 2011-ci il yanvarın 14-dək müraciət etmək olar. Müraciət üçün ərizə formaları İREX-in regional ofislərindən və Avrasiya üzrə nümayəndəliklərindən əldə oluna bilər. Ərizə formalarını yükləmək və onlayn təhvil vermək üçün www.irex.org ünvanına müraciət etmək mümkündür.

Bütün iştirakçılar bir il əyani təhsil alacaqlar. Onlar viza xərcləri, öz şəhərlərindən ABŞ-da təhsil alacaqları yerə qədər və geriyə yol xərcləri, aylıq təqaüd və təhsil xərcləri, tibbi və bədbəxt hadisələrdən sığorta, yaşayış üçün aylıq təqaüd, dərs ədəbiyyatının alınması üçün məhdud vəsaitlə təmin olunurlar.

XS
SM
MD
LG