Accessibility links

ABŞ rəsmisi İrana əlavə sanksiyaları təxirə salmağa çağırıb


ABŞ-ın ali nüvə müzakirəçisi Konqresin İrana sanksiyaların tətbiqi səylərinə fasilə verməsinə çağırıb. Cəmi bir neçə həftə əvvəl Vendi Şörman İranı nüvə proqramı barədə aldadıcı addımlar atmaq ittiham etmişdi.

Amerikanın Səsinə eksklüziv müsahibəsində ABŞ dövlət katibinin müavini Vendi Şörman deyib ki, danışıqların hər hansı irəliləyişə nail olub-olmayacağını görmək üçün ABŞ-ın əlavə sanksiyalarını təxirə salmaq lazımdır.

O deyib ki, Obama administrasiyası rəsmiləri Senat və Nümayəndələr Palatasının qanunvericiləri ilə sanksiyaların təxirə salınmasına dair danışıqlar aparır.

Konqres İranın müəmmalı nüvə proqramı səbəbilə İrana daha ağır sanksiyaların tətbiqini nəzərdən keçirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG