Tramp administrasiyası Rusiya və Çin şirkətləri, eləcə də ayrı-ayrı şəxslərə qarşı yeni sanksiyaların tətbiq edildiyini bildirib. ABŞ onları Şimali Koreya ilə işgüzar əlaqələr quraraq, Pxenyanın nüvə və raket proqramlarının inkişaf etdirilməsinə yardım göstərməkdə ittiham edir.
ABŞ-ın Maliyyə naziriyinin bildirdiyinə görə, sanksiyaların tətbiq edildiyi 10 şirkət və 6 şəxs silah proqramlarının maliyyələşdirilməsi üçün Şimali Koreyanın gəlir əldə etməsinə kömək göstərib.
Maliyyə nazirliyinə əsasən, həmin şirkətlər və şəxslər Şimali Koreyanın enerji sektoru ilə işləmək, şimali koreyalı işçilərin xaricə getməsinə imkan yaratmaq və Pxenyanın beynəlxalq maliyyə məhdidyyətlərini ötməsinə kömək etməklə əlaqədar bundan əvvəl sanksiyaların təsirinə məruz qalmış şirkət və şəxslərlə iş aparıb.
ABŞ sanksiyalarla bağlı yeni addımı Vaşinqton və Pxenyan arasında Şimali Koreyanın Amerikanın Sakit okeanda ərazisi də daxil olmaqla, uzaq məsafədə hədəfləri vurmaq qabiliyyətinə malik raketləri sınaqdan keçirməsi ilə əlaqədar qəzəbli söz mübadiləsindən sonra atılır.
Şimali Koreya və Birləşmiş Ştatlar arasında hərbi münaqişə riski Pxenyanın ABŞ-ın Sakit okeandakı ərazisi olan Quama qarşı raket hücumu keçirmək planlarını nəzərdən keçirdiyini bildirməsindən sonra artmışdı. Şimali Koreyanın dövlət mətbuatının Şimali Koreya liderinin Yaponiya üzərindən ABŞ-ın ərazisi olan Quamdan 3 min 400 kilometrlik məsafədə raket atılması planlarını bir müddət üçün təxirə saldığı haqda məlumat verib. ABŞ prezidenti Donald Tramp Şimali Koreya liderinin Quama raket hücumunu təxirə salmasını düzgün qərar olduğunu bildirib.
Pxenyanın əvvəlki təhdidini geri çəkməsindən az sonra ABŞ-ın müdafiə naziri bildirib ki, Şimali Koreyanın Quama raket hücumuna başladığı halda, Vaşinqton özünü müdafiə etməyə hazır vəziyyətdədir.