Accessibility links

ABŞ və Avropa Birliyi Navalnının dərhal azad edilməsinə çağırıb


Avropa Birliyinin 27 ölkədən ibarət blokunun xarici işlər nazirləri bazar ertəsi Brüsseldə bir araya gələrək, Rusiyanın müxalifət lideri və Kremlin tənqidçisi Aleksey Navalnıyı həbsi və polisin Navalnını dəstəkləyən nümayişçilərə təzyiqi ilə bağlı Kremlə qarşı sanksiyalar məsələsini müzakirə edib.

İclasa gələn Avropa Birliyi Xarici Siyasət İdarəsinin rəhbəri Cozep Borrell "son həbs dalğası bizi Navalnının həbsi qədər çox narahat edir" deyib.

Almaniyanın xarici işlər naziri Heyiko Maas Rusiya konstitusiyasına əsasən Rusiyada hər kəsin fikir bildirmək və nümayiş keçirmək hüququ olduğunu deyib. "Qanunun aliliyi prinsipləri orada da tətbiq olunmalıdır. Rusiya həmişə buna sadiq qalıb" - deyə, Maas bildirib.

Bazar günü Fransa-İnter radiosuna müsahibə verən Fransanın xarici işlər naziri Jan İv Le Drian bunun Rusiyanın "avtoritar yolu" olduğunu və Navalnının zəhərlənməsinin "sui-qəsd cəhdi" olaraq, diqqətlərin buna cəlb edilməli olduğunu deyib.

Avropa Birliyi liderləri Rusiyanı həbsdə olan Navalnı və Navalnı tərəfdarı nümayişçiləri dərhal sərbəst buraxmağa çağırıb.

Dövlət Departamentinin nümayəndəsi Ned Prays ABŞ-ın həftə sonu Rusiyanın bir çox şəhərində keçirilən nümayışlər zamanı nümayişçilər və jurnalistlərə qarşı sərt taktikaları və həbsləri qınadığını bildirib.

Bəyanatda Rusiyada dinc toplaşma və ifadə azadlığının boğulması, Navalnının həbsi və etirazçılara qarşı zorakılığın vətəndaş və fundamental azadlıqların daha da məhdudlaşdırılması demək olduğu və narahatlıq doğurduğu deyilib.

Rusiya Xarici İşlər Nazirliyi ABŞ-ın sosial mediada yaydığı "radikal elementlərin təhrik cəhdləri" olduğu, ABŞ-Rusiya münasibətlərinə mənfi təsir göstərəcəyini bildirən bəyanatla çıxış edib və Moskvadakı Amerika diplomatlarının "ciddi söhbətə" çağırılacağını bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tofiq Yaqublu döyülməsi ilə bağlı prokurorluqda ifadə verib
please wait

No media source currently available

0:00 0:11:46 0:00

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG