Accessibility links

ABŞ və Rusiya Suriya böhranının həlli səylərini davam etdirir


ABŞ və Rusiya rəsmiləri cümə gününə planlaşdırılan atəşkəsin əldə edilməməsindən sonra yenidən müzakirələr masası arxasına keçib. Cenevrədə təşkil edilən danışıqlar Suriyada münaqişənin uzunmüddətli həlli yollarının müəyyən edilməsinə həsr edilib.

17 ölkənin üzv olduğu Suriyaya Dəstək Qrupu ötən həftə Münhendə ABŞ və Rusiyanın atəçkəs missiyasına rəhbərlik etməsinə razılıq verib.

Hər kəs məsələnin mürəkkəbliyini başa düşür. Görüləcək iş çoxdur

ABŞ dövlət katibi Con Kerri razılıq əldə edilməsində problemlər olduğunu bildirib.

"Hər kəs məsələnin mürəkkəbliyini başa düşür. Görüləcək iş çoxdur" –deyə Kerri bildirib.

Dövlət katibi bu açıqlamanı Londondan İordaniyaya gedərkən verib. O, Əmmanda İordaniya rəsmiləri ilə Suriya böhranını müzakirə etməlidir.

Suriya müxalifəti hökumətlə müzakirələrin bərpasından əvvəl atəşkəs və işğal altında olan ərazilərə humanitar yardımların çatdırılmasına razılıq verib. Fevralın 25-də baş tutacağı gözlənilən danışıqlar təxirə salınıb.

Bu arada Rusiyanın BMT-nin Təhlükəsizlik Şurasının Türkiyənin Suriya ilə sərhəd bölgədəki əməliyyatlarına görə qınaması çağırışları cavabsız qalıb. Rusiya şuranın Türkiyənin Suriyaya quru qüvvələr göndərməsi planı ilə bağlı fövqəladə toplantı keçirməsini istəyir.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG