Accessibility links

Ağ Ev: Tramp Amerika dövlətlərinin sammitində iştirak edəcək


Ağ Ev rəsmiləri bildirirlər ki, ABŞ prezidenti Donald Tramp növbəti ay Peruda keçiriləcək Amerika dövlətlərinin zirvə toplantısında iştirak edəcək.

Birləşmiş Ştatlar və Peru rəsmilər cümə günü hər iki ölkənin mətbuatına Trampın zirvə toplantısında iştirak niyyətini təsdiq etdiyini bildiriblər.

1994-cü ildən başlayan regional sammit, Birləşmiş Ştatların regiona təsir edə bilməsi üçün aparıcı forum kimi görünür.

Bu qərar Birləşmiş Ştatlar və onun bəzi cənub qonşuları ilə gərgin münasibətləri səbəbilə prezidentin sammitdə iştirak etməyəcəyi ilə bağlı spekulasiyalara son qoydu.

Tramp Latın Amerikası ölkələrinin narkotik maddələr və ticarət siyasətlərini dəfələrlə tənqid edib və Birləşmiş Ştatlara qeyri-qanuni mühacirətə son qoyacağına söz verib.

Amerika dövlətlərinin sammiti 13-14 aprel tarixlərində Perunun paytaxtı Lima şəhərində keçiriləcək.

Peru liderləri bildiriblər ki, avtokratik idarəetməyə görə Venesuela prezidenti Nikolas Maduro zirvə toplantısına dəvət edilməyib. Lakin Maduro bu yaxınlarda sammitdə iştirak edəcəyini bildirib.

Amerika dövlətlərinin sonuncu zirvə toplantısı 2015-ci ildə Panamada keçirilmişdi. O zaman, prezident Barak Obama bu imkandan istifadə edərək, ilk dəfə Kuba lideri Raul Kastro ilə görüşmüşdü.

XS
SM
MD
LG