ABŞ Myanmanın ordu rəhbərinə qarşı sanksiyalar tətbiq edib. O, Rohinca müsəlamanlarına qarşı etnik təmizləmə kampaniyasına görə ittiham edilir.
General Maunq Maunq Soe ABŞ-ın Maliyyə Nazirliyinin hədəf aldığı 52 nəfər insan haqlarını pozanlar arasındadır.
Sanksiyalar Qambiya prezidenti Yəhya Cammeyə də tətbiq edilib. O, öz avtoritetinə hədə törədənlərə qarşı xüsusi sui-qəsd dəstəsi yaradaraq, onların qətlinə göstəriş verib.
Pakistanlı cərrah Muxtar Həmid Şah insan orqanlarınını qaçaqmalçılığı ittihamı ilə sanksiyalara məruz qalıb.
Sanksiyalar ABŞ-ın insan haqlarını pozan və korrupsiyada əli olanlara qarşı ciddi mübarizəsinin göstəricisidir
Özbəkistanın məhrum diktatorunun qızı Gülnarə Kərimova mütəşəkkil cinayətkarlarla əməkdaşlıq ittihamı ilə sanksiyaların hədəfinə çevrilib.
Sanksiyalar Qlobal Maqnitski aktına əsasən tətbiq edilib. Bu akt Amerikaya insan haqlarını pozan və korrupsiyada əli olan fərdlərə sanksiya tətbiq etmək haqqı verir.
ABŞ dövlət katibi Riks Tillerson deyib ki, sanksiyalar ABŞ-ın insan haqlarını pozan və korrupsiyada əli olanlara qarşı ciddi mübarizəsinin göstəricisidir.