Accessibility links

ABŞ seçkiləri - Xarici siyasət məsələsi həlledici faktor olaraq qalır


ABŞ seçkiləri - Xarici siyasət məsələsi həlledici faktor olaraq qalır
please wait

No media source currently available

0:00 0:02:50 0:00

ABŞ seçkiləri - Xarici siyasət məsələsi həlledici faktor olaraq qalır

Respublikaçıların Milli Qurultayı prezident Trampı düşmənləri ilə mübarizə aparan, müttəfiqlərindən daha çox iş tələb edən güclü baş komandan kimi təsvir edib. Onun rəqibi, demokrat Co Bayden isə diktatorları deyil, müttəfiqləri dəstəkləyəcəyinə vəd verib.

Qurultayda namizədliyinin qəbulu çıxışında Tramp demokrat opponenti Co Baydenin zəif lider olduğunu və ölkəni dağıdacağını deyib.

"Co Bayden bütün karyerası dövründə amerikalıların işlərini xaricə köçürməklə, səhədəri açmaqla, oğul və qızlarımızı sonsuz xarici döyüşlərə göndərməklə məşğul olub."

Obamanın hakimiyyəti dövründə vitse-prezident vəzifəsində çalışmış Co Bayden isə öz növbəsində Demokratların Milli Qurultayı zamanı Trampı Amerikanı dünya gözündə heç edən təhlükəli lider adlandırıb.

"Mən müttəfiqlər və dostlarımızın yanında duraraq, diktatorlarla barışıq vaxtının arxada qaldığını anladan bir prezident olacam. Baydenin prezidentliyi dövründə Amerika əsgərlərinin başları uğrunda rusların mükafatlarına göz yummayacaq", Bayden deyib.

Demokratların platforması daimi müharibələrin əleyhinədir. Onlar ölkənin milli müdafiə məsrəflərini azaltmağa çalışır və Çinlə ticarət praktikasını tənqid edir.

Platformalarını açıqlamayan respublikaçılar Trampın xarici siyasətinə tam dəstək verdiklərini deyir.

Respublikaçılar Partiyası prezident Trampın xarici siyasət proqramı ətrafında birləşib. Bu, onun 2016-cı il kampaniyası zamanı istifadə etdiyi "Əvvəlcə Amerika" süarıdır. Xarici siyasətdə daha bir məsələ ABŞ qüvvələrini vətənlərinə qaytarmaq və Çindən asılılığı kəsməkdir.

Dövlət katibi Mayk Pompeo Trampın "Əvvəlcə Amerika" siyasətini alqışlayıb.

"Mümkündür ki, bu onu dünyada populyarlaşdırmayıb, amma göründüyü kimi bu sayisət işləyib".

Demokratlar sabiq dövlət katibi, Baydenin Amerika qüvvələrinin qayğısına qalacağını deyən respublikaçı Kolin Paueli təqdim edib.

"Bu, öz oğlunu müharibəyə göndərib, onun sağ-salamat evə dönməsinə dua edən və milyonlarla hərbçi ailəsinin bölüşdüyü təcrübədən irəli gəlir" , Pauel deyib.

Pandemiya kontekstində Çinlə ticarət, iş yerlərinin xaricə köçürülməsi məsələsi üzərində dayanan Tramp Bayden hakimiyyətə gəlsə, Pekinin ABŞ-ı ələ keçirəcəyini deyir.

Hər iki namizədin baxışlarındakı kəskin fərqlərə baxmayaraq, xarici siyasət seçkilər düvründə həlledici faktor olaraq qalır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG