Bu gün dünyada bir çox qadın səsvermə hüququ haqqında heç düşünmür. Lakin 100 il bundan əvvəl qadınların səsvermə hüquqları mövcud deyildi. Qadınlar bunun üçün yorulmadan və cəsarətlə mübarizə aparıb.
ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində yazır ki, Azərbaycan 20-ci əsrin əvvələrində siyasi elitanın qadınlara daha çox hüquqlar verməsi üçün çalışan ziyalı bir ölkə kimi tanınır.
Azərbaycanda qadınlara səsvermə hüququ Azərbaycan Demokratik Respublikasının 28 may 1918-ci ildə qurulmasından sonra verilib.
“Azərbaycan qadınlara səsvermə hüququnu vermiş ilk müsəlman ölkəsi kimi tanınır”, səfirlik qeyd edir.