Accessibility links

ABŞ səfirliyinin Facebook səhifəsinin izləyiciləri səksən minə çatıb


ABŞ-ın Azərbaycandakı səfirliyinin Facebook səhifəsinin izləyicilərinin sayı 80 mini keçib. Bu barədə səfirliyin məlumatında deyilir.

Facebook səhifəsi hər gün yenilənir, interaktiv müzakirələr, ABŞ haqqında çoxsaylı məlumatlar, ABŞ-da təhsil proqramları, universitetlər, səfirlik xəbərləri ilə zəngindir.

“Bu gün daha bir pillə irəli addımlayaraq Facebook səhifəmizdə izləyicilərimizin 80.000-ə çatmasını qeyd edirik. Bu möhtəşəm bir rəqəmdir, lakin daha önəmlisi isə bu illər ərzində sizdən öyrəndiklərimizdir. Siz bizə nəyi bəyənib-bəyənmədiyinizi söylədiniz, maraqlı mövzuları və hekayələri bizlərlə paylaşdınız. Bütün ABŞ Səfirliyi adından hər birinizə təşəkkür edirik.

Sizin fikirləriniz bizim üçün önəmlidir və rəylərinizə çox dəyər veririk. Sizin sayənizdə biz səhifəmizi daha da inkişaf etmiş oluruq”, səfirlik bildirir.

XS
SM
MD
LG