Accessibility links

Amerika səfirliyi viza üçün yeni müraciət və gün təyinetmə proseduruna keçir


Amerika səfirliyi müxalifət fəallarının saxlanılması ilə bağlı narahatdır
Amerika səfirliyi müxalifət fəallarının saxlanılması ilə bağlı narahatdır

Dekabrın 27-dən ərizəçilər gün təyin etmək üçün yeni sistemdən istifadə edəcək və müsahibələr yanvarın 3-dən başlayacaq

ABŞ-ın Bakıdakı Səfirliyi dekabrın 27-dən etibarən yeni təkmilləşdirilmiş viza üçün müraciət və gün təyin etmə proseduru həyata keçirəcək. Bu dəyişikliyin bir hissəsi olaraq, ərizəçilər viza müsahibəsinə yazılmaqdan əvvəl rüsumu ödəyəcəklər. Bu barədə Amerikanın Azərbaycandakı səfirliyinin məlumatında deyilir.

Hazırda ABŞ-ın Bakıdakı səfirliyində viza müsahibəsi üçün əvvəlcədən yazılmaq lazımdır və viza ərizəçiləri rüsumu müsahibə zamanı ABŞ səfirliyində ödəyir. Dekabrın 27-dən sonra viza ərizəçiləri rüsumu müsahibəyə yazılan zaman ödəyəcəklər. Yeni prosedurlarla bağlı daha ətraflı məlumat yaxın həftələrdə elan olunacaq.

Məlumatda həmçinin deyilir ki, dekabrın 27-dən etibarən ərizəçilər gün təyin etmək üçün yeni sistemdən istifadə edə bilər və müsahibələr 2013-cü il yanvarın 3-dən başlayacaq.

ABŞ səfirliyinin konsulluq şöbəsi dekabrın 27-dən 2013-cü il yanvarın 3-dək viza xidmətlərini dayandıracaq. Fövqəladə hallarda səyahət üçün məhdud viza xidmətləri göstəriləcək.

Konsulluq xidməti xahiş edir müraciətlər ConsularBaku@state.gov elektron poçtuna göndərilsin.
XS
SM
MD
LG