Accessibility links

Ağ amerikalı cütlük etirazçıları odlu silahla təhdid edib


Ağ amerikalı cütlük Seint-Luis şəhər merinin evinə doğru gedərək, onun istefasını tələb edən bir qrup etirazçını odlu silahla təhdid edib.

Sosial mediada yayımlanan videoda əllərində silah olan cütlüyün bazar günü axşam Central West End məhəlləsində evlərinin qarşısında dayandığı nümayiş etdirilib.

Videoda naməlum cütlüyün etirazçılara bağırdığını, yürüşdə iştirak edən bəzi insanların isə kütləni onlara məhəl qoymamağa və irəliləməyə çağırdığnı görmək olub.

Seint-Luis polisinin hadisədən xəbərdar olub-olmadığı məlum deyildi. Associated Press xəbər agentliyi polisə göndərdiyi elektron poçt və telefon zənginə dərhal cavab verilməyib.

Xəbər agentlikləri azı 500 nəfərdən ibarət qrup şəhər meri Lida Kryusonun evinə doğru irəliləyərək, "Lida istefa ver, polisi özünlə apar" - deyə, bağırdığını bildirir.

İstefa tələbi cümə günü Facebook-dakı canlı brifinq zamanı Kryusonun şəhər meriyasına polis idarəsinin maliyyələşdirilməməsi tələbi ilə məktub yazan bir neçə sakinin adını və ünvanını oxumasından sonra başlayıb.

Video tez bir zamanda Facebook-dan çıxarılıb və Kryuson narahatlıqlara yol verdiyi üçün üzr istərib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG