Accessibility links

ABŞ-Şimali Koreya-Nüvə düymələri


ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı Twitter səhifəsində Şimali Koreya lideri Kim Yonq Una cavab olaraq yazıb ki, onun nüvə düyməsi Kimin düyməsindən “daha böyük və daha güclüdür”.

Əslində, nüvə düyməsi mövcud deyil.

Nüvə silahına malik hər bir ölkənin nüvə hücumunu keçirmək üçün öz sistemi var, amma belə bir hücuma icazə verməkdən öncə hökumət liderinin özünü təsdiq etməsindən çox şey asılıdır.

ABŞ-da Birləşmiş Ştatların nüvə hücumu keçirməsi gizli və mürəkkəb bir prosesdir. Burada prezident hara getsə, onu müşayiət edən bir qrup hərbi zabitin növbə ilə 45 funt ağırlığında portfel daşıdığı nüvə “futbolu” ndan istifadə olunur. Portfeldə kommuniasiya cihazları və hərbi planları əhatə edən təlimat yerləşir. Bu təlimatda ABŞ hərbi qüvvələri tərəfindən 900 nüvə silahı ilə hədəf alına biləcək yerlərin siyahısı var.

Tramp nüvə hücumu haqda əmr versə, o özünü hərbi rəsmilərə prezidentin hər zaman üstündə gəzdirdiyi və “biskvit” adı ilə tanınan kartda qeydə alınmış kodlar vasitəsilə tanıtdırmalıdır. Prezident hücum haqda əmri Vaşinqtondan kənarda yerləşən Pentaqona və Nebraska ştatındakı Strateji Komandanlığa ötürməlidir.

Nüvə hücumuna icazə vermək üçün prezidentin Konqres və hərbi qüvvələr də daxil olmaqla, heç kəsdən razılıq alması tələb olunmur.

Nüvə düymələri ilə bağlı söz müharibəsi bazar ertəsi günü Kimin çıxışında “bu, adi hədə deyil, bir reallıqdır ki, mənim ofisimdə masamın üzərində nüvə düyməsi” dediyi zaman başlayıb. O əlavə edib: “Birləşmiş Ştatların bütün quru ərazisi bizim nüvə zərbəsinin daxilində yerləşir”.

Şimali Koreya nüvə proqramının gizli şəkildə inkişaf etdirildiyi təcrid olunmuş bir ölkədir. Beynəlxalq ekspertlərin çoxu Kimin masasında həqiqətən də düymənin olduğuna şübhə ilə yanaşır.

Nüvə düymələrinin əsas etibarilə insanların təxəyyülünün məhsulu olmasına baxmayaraq, Tramp Twitter səhifəsində Kimə onun düyməsinin daha böyük olduğu cavabını verib.

Şimali Koreya lideri Kim Yonq Un deyib ki, “nüvə düyməsi həmişə onun masasının üstündədir. Onun tükənmiş və ac rejimində bir nəfər ona məlumat versin ki, mənim də nüvə düyməm var, amma onun düyməsindən daha böyük və daha güclüdür, özü də mənim düyməm işləyir!”

XS
SM
MD
LG