Accessibility links

ABŞ-ın 9 ştatı su altındadır


5-7 sm-lik yağışdan sonra San Dieqo qraflığından Arizonaya gedən yolları sel basıb. Hətta bu daşqınlara görə Kaliforniyanın cənubundakı bəzi insanlar gecəni evlərindən kənarda keçirib.

Kaliforniyadan Şimali Dakotaya qədər 9 ştat su altındadır, qar və güclü külək şərqə doğru yavaş-yavaş irəliləyən fırtınadan xəbər verir.

Güclü yağışlar Cənubi Kaliforniya, Nevada və Arizona ştatlarına çərşənbə günü səhər yağmağa başlayıb və daşqın xəbərdarlığı hələ də qüvvədədir.

Çərşənbə günü axşamdan cümə axşamı səhərədək fırtına Böyük göllər və şimal düzənliklərinə çatmaqla Minneapolisdən Çikaqoya güclü yağışlar gətirəcək.

Fırtına cümə axşamı şərqə doğru hərəkət edərkən cənub düzənlikləri - Oklahoma, Arkanzas və Tennessi güclü yağışlara məruz qala bilər. Bəzi ərazilərdə yağışın səviyyəsi 10 sm-ə çata bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG