Accessibility links

Siqaretin zərərləri ilə bağlı yeni araşdırmanın nəticələri açıqlanıb


ABŞ səhiyyə xidməti rəhbərliyinin yaydığı hesabatda siqaretin əvvəl təxmin ediləndən sağlamlığa daha çox ziyan vurduğu deyilir.

Araşdırma bu gün səhiyyə xidmətinin ilk dəfə siqaretin ağ ciyər xərçənginə səbəb olduğunun təsdiqinin 50-ci ildönümündə yayımlanıb.

Son araşdırmalara görə, siqaret diabet, revmatoid artrit, erektil disfunksiya və qara ciyər xərçənginə yol aça bilər.

1964-cü ildə yayımlanan hesabat anti-siqaret hərakatının başlanmasına səbəb olub. ABŞ-da siqaret aludəçilərinin sayı 42 faizdən 18 faizə enib.

ABŞ səhiyyə xidmətinin rəhbəri Boris Luşniak bildirib ki, hökümət 2020-ci ilə qədər bu göstəricini 12 faizə endirməyə bilər, siqaret hələ də böyük fəlakət olaraq qalır.

Hesabatda siqaretin son 50 ildə 20 miliyon amerikalını öldürdüyü deyilir. Bundan əlavə siqaretin 5.6 miliyon uşaqın vaxtsız ölümünə səbəb olacağı da qeyd edilir.

ABŞ siqaretlə bağlı xəstəliklərə ildə 289 milyard dollar sərf edir.
XS
SM
MD
LG