Accessibility links

Bolluq və seçim amerikalılara stres yaşadır


Amerika bolluq və stres ölkəsidir. Burada hər kəs seçiminin onların özünü təcəssüm etdiyini düşünür.

Baffalo universiteti bununla bağlı araşdırma aparıb.

Amerikalılar seçimlərini özlərini tərənnüm etdiyinə o qədər diqqət verir ki, hətta mənasız seçimlərdə belə qərar vermək çətinliyi çəkir.

“2 və ya 3 variantdan artıq seçim yoxdursa, qıtlıq olduğundan şikayətlənirik. Seçim çox olduqda isə yenə də seçimimizin əla olmadığını düşünürük” - deyə, Baffalo universitetindən Tomas Saltsmen bildirib.

Seçimə gəldikdə, insanlar iki kateqoriyaya bölünür. Bunlara əhəmiyyətindən və vacibliyindən asılı olamayaraq, hər dəfə ən yaxşı seçim edən “maksimalist”lər daxildir ki, onlar seçimlərinə uzun vaxt ayırır.

Digər kateqoriyaya “qane olanlar” daxildir. Bu tip insanlar tez qərar verə bilirlər və hesab edirər ki, əldə etdikləri hər şey kifayət qədər yaxşıdır.

Birinci kateqoriyaya daxil olan insanlar uzun müddət seçimlərinin yanlış olduğunu düşünür. Bu, “qane olanlar”ın nigaranlıq keçirmədiyi demək deyil. Stresə cavablar göstərib ki, onlar seçim edərkən vücudları daha neqativ fiziki reaksiya göstərir.

“Düşündüyümüz bir ehtimal "qane onlar"ın qərarlardan imtina etməsidir, çünki onlar mahiyyət etibarilə özlərini ən yaxşı qərarlar qəbul etmək qabiliyyətində olduqlarını hiss etdirmirlər”, araşdırmaların həm-müəllifi Saltsmen bildirib.

Seçim bolluğu insanlarda qərar vermək qabiliyyətini iflic edə bilər. Saltsmenin dediyinə görə, variant çoxluğu insanların gündəlik həyatına mənfi təsir göstərir. Belə ki, müasir dövrdə insanlar televiziyada hansı proqramı izləmək və ya nə yemək kimi seçimlər arasında alır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG